00:00:00
Yazar
Admin User
19.04.2023 09:10 260 1 dəq oxuma
Dünya

Lavrov Latın Amerikasında Qərb şantajına qarşı birləşmə çağırışı edib

Lavrov Latın Amerikasında Qərb şantajına qarşı birləşmə çağırışı edib

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Latın Amerikası turu çərçivəsində Venesuelaya rəsmi səfəri zamanı Qərbin “şantajına” qarşı birlik çağırışı edib.

 

İnformator.az Türkiyə mediasına istinadən xəbər verir ki, Lavrov paytaxt Karakasda çıxışında Qərbin şantajlarına və qeyri-qanuni birtərəfli təzyiqlərə qarşı qüvvələri birləşdirmək lazım olduğunu qeyd edib.


Lavrov bəyanatında ABŞ və müttəfiqlərinin hökmran olmadığı “çoxqütblü dünya” qurulmasının vacibliyini vurğulayıb.

 

Ukraynadakı müharibə mövzusuna da toxunan Lavrov “Biz BMT-nin dövlətlərin suveren bərabərliyi haqqında konvensiyasının prinsiplərinə hörmət edərək, Ukraynadakı problemi və dünyadakı digər münaqişələri həll etmək istəyirik" - deyə əlavə edib.

 

Fatima

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər