Lavrov Türkiyəyə gedir
Rusiyanın xarici işlər naziri Sergey Lavrov Cənubi Qafqaz və Yaxın Şərqdəki vəziyyəti müzakirə etmək üçün aprelin 17-18-də Türkiyəyə səfər edəcək.
"İnformator.az" xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.
“Rusiyanın xarici işlər naziri Sergey Lavrov 17-18 aprel tarixlərində Türkiyə xarici işlər nazirinin dəvəti ilə beşinci Antalya Diplomatik Forumunda iştirak etmək üçün Türkiyəyə səfər edəcək”.