00:00:00
Yazar
Admin User
08.10.2025 18:26 127 3 dəq oxuma
Sosial

Leyla Əliyeva Londonda iqlim dialoqunda: Xəzər üçün çağırış

Leyla Əliyeva Londonda iqlim dialoqunda: Xəzər üçün çağırış

Londondakı Marlboro Sarayında keçirilən yüksək səviyyəli iqlim dialoqunda Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin rəhbəri Leyla Əliyeva çıxış edib. O, Xəzər dənizinin səviyyəsinin azalması və ekoloji problemlərin artmasına diqqət çəkərək, COP29-un uğurla keçirildiyini və növbəti mərhələdə real addımların vacibliyini vurğulayıb.

 

 

Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında ekoloq Ənvər Əliyev bildirib ki,bildiyimiz kimi Xəzər dənizinin səviyyəsi artıq ümumdünya səviyyəsində bir səviyyə tərəddüdünə çevrilib:

 

"Cənab Prezident bu məsələnin iqlim dəyişikliyi ilə əlaqədar olmadığını bildirib. Mən də dəfələrlə vurğulamışam ki, bu təkcə iqlim səbəbi deyil. Burda ciddi başqa məsələlər də var. Hər halda müəyyən qədər Xəzər dənizinin 4000000 km²-lik ərazisi var. Burda müəyyən iqlimdə dəyişikliklər var. Amma nəticəsi bilinmir ki, nə qədər çəkəcək bunun geri çəkilməsi. Yenidən o bərpa oluna bilər və daha çox əraziləri də hətta tuta bilər. Tarixən olub belə hadisə. Hətta, Xəzər dənizinin Şimaldan Moskvaya qədər gedib çıxan vaxtı olub. Cənubdan Atlantik okeanla birləşib Qara dəniz vasitəsilə. Bunun taleyinə yazılan bir səviyyə tərəddüdüdür. İlk dəfə Xəzər dənizi hövsəsinə ciddi yanaşan, narahatlıq keçirən, daha çox, fikrimcə, Azərbaycandır. Düzdü, başqaları da var. Amma Azərbaycan beynəlxalq konfrans da keçirərək daha ciddi yanaşmışdır. Mehriban xanımda çox tədbirə layiqdir ki, bu məsələni orda qaldırıb və bütün dünyanı bu məsələyə yönəldib.Burda ola bilər ki, maliyyə yardımına da ehtiyac olsun. Ona görə də bu cür çıxışlar beynəlxalq kürsülər də qeyd olunmalıdır.

Xəzər dənizinin səviyyəsinin enməsi də, qalxması da problem yaradır. Vaxtilə Xəzər dənizi qalxıb böyük ərazilər tutanda problemə səbəb olub. Qruyanda da Orta Asiya ərazilərində quru yol olub. Xəzər dənizi 3 hissədən ibarət olub. Onun ən dərin yeri Cənubda olub. Bu dərinlik böyük dərinlikdir. Xəzər dənizində olan suitilər, okean balıqları və.s sübüt edir ki, bu vaxtilə Dünya okeanının bir hissəsi olub və orada Şimalla və Cənubla əlaqələri olub.

 

1970ci illərdə də belə bir hadisə baş verib. Bu zaman Xəzər dənizinin məşhur yeganə dəniz şəlaləsi olan Qaraboğazgöl körfəzinə dogru axan hissəsini bağlamalı olublar.

 

Mənə elə gəlir ki, Xəzər dənizi haqqında ciddi düşünülməlidir. Onun elmi tədqiqat işi necə aparmalıdır. Xəzər dənizinə ən çox diqqəti xəzərsahili dövlətlər olan 5 dövlət ayırmalıdır. Xəzər dənizinin qidalandığı çayların suyundan az istifadə edilmədir. Həddindən artıq istifadə etmək gələcəkdə ciddi problemlərə səbəb ola bilər. Son zamanlarda Azərbaycana yagıntıların miqdarı artıq olur. Hətta,ölkəmizin quraq ərazisi sayılan Naxçıvana da son 2 ildə yagıntıların miqdarı artıq olub. Suvarma sistemlərinə nəzarət olunmalıdır deyə düşünürəm.

 

Qaraboğazgöl körfəzinə bənd yox, məncə, şüluz qoyulsa daha yaxşı olar. Suyu yaxşı nizamlayar. Xəzər dənizini 80% su ilə təmin edən Volqa çayıdır. Orda da müəyyən problemlər var. Qaldırılan məsələlərin nəticəsi olaraq, bir şeyə diqqət edək ki, 5ölkə vaxtilə Sovet dövründə Xəzər dənizin taleyi ilə 1ölkə məşgul olub. Orada elmi tədqiqatdan başlamış praktiki işlərə qədər hamısını öz üzərinə götürüb. Amma indi parçalanmışıq. 5ölkə olub Xəzərin taleyi ilə məşgul olan. Və nəticədə pərakəndəlik öz işini görür. Elmi tədqiqat aparılmalıdır, Xəzərin təkcə səviyyəsi deyil, səviyyəsi düşdükcə, orada olan faunaya floraya zərər gəlir. Buda problemlərə səbəb olur. Bunlara görə, imkan olsa, Xəzər elmi-tədqiqat İnstitutu yaradılmalıdır. Tədqiqatlar aparılsın,peoblemlər öyrənilsin. Bütün bunların hamısı nəzərə alınaraq, Xəzər dənizi barədə tədbirlər görülməsi vacibdir".

 

Aişə Mustafayeva 

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər