00:00:00
Yazar
Admin User
06.02.2026 17:20 177 1 dəq oxuma
Mədəniyyət

Leyla Əliyeva Luvr Əbu-Dabi Muzeyini və İbrahim Ailə Evini ziyarət edib

Leyla Əliyeva Luvr Əbu-Dabi Muzeyini və İbrahim Ailə Evini ziyarət edib

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın fevralın 5-də Birləşmiş Ərəb Əmirliklərinə səfəri çərçivəsində Luvr Əbu-Dabi Muzeyini və İbrahim Ailə Evini ziyarət etməsi mədəniyyətlərarası dialoq və dini tolerantlıq mövzusunu yenidən gündəmə gətirib. Müxtəlif sivilizasiyaları və dinləri bir araya gətirən bu məkanlar müasir dünyada qarşılıqlı anlayışın və multikultural dəyərlərin təşviqi baxımından xüsusi əhəmiyyət daşıyır.

 

Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında sosioloq Naib Niftəliyev bildirib ki, ümumiyyətlə, Azərbaycan sivilizasiyalararası dialoqda mərkəzi mövqe tutan ölkələrdən biridir. Azərbaycanda üç ənənəvi dini konfessiya fəaliyyət göstərir: həm yəhudi icması, həm xristian icması, həm də ölkə əhalisinin əksəriyyətini təşkil edən müsəlman icması:

 

“Yəni Azərbaycan dini konfessiyaları tarixən sabit və birgə fəaliyyət göstərir. Azərbaycanda hansısa dini qarşıdurma və ya konflikt qeydə alınmayıb. Müəyyən kiçik icma toqquşmaları istisna olmaqla, ölkədə dini tolerantlıq baxımından Azərbaycan dünyaya nümunə olan ölkələrdən biridir. Bu, həmçinin Azərbaycanın mədəni irsinə və mədəni həyatına əhəmiyyətli təsir göstərən faktorlardan biridir. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevadır. Heydər Əliyev Fondu həm mədəni, həm də qlobal sosial layihələrdə sosial və mədəni tərəfdaşlıqlarla mühüm rol oynayan regional mərkəzlərdən biridir", - deyə Naib Niftəliyev vurğulayıb.

 

Reyhan Quliyeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər