00:00:00
Yazar
Admin User
05.10.2025 18:29 202 1 dəq oxuma
Araşdırma

Leytenant Ümid Məmmədovun

Leytenant Ümid Məmmədovun

Bəzən bir ad bir ömür qədər mənalı olur. Ümid Məmmədovun adı da elə idi. Özü kimi saf, özü kimi mərd. O, 1999-cu ildə Naxçıvan Muxtar Respublikasının Nehrəm kəndində dünyaya göz açıb. Uşaqlıqdan hərbi formaya, silaha, nizam-intizama heyran idi. Elə bu istək onu Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə aparıb. Gənclik arzusu burada gerçəyə çevrilib. O, leytenant rütbəsi alıb və Vətənə sədaqət andı içib.

 

2020-ci ilin payızında torpaq sınağa çəkiləndə, Ümid də sükutda qala bilmədi. Vətən müharibəsi başladığı günlərdə o, ön cəbhəyə-Suqovuşan istiqamətinə göndərilib. Hər addımı məsuliyyət, hər əmri qətiyyət idi. Döyüş meydanında o, yalnız bir əsgər deyil, əsl komandan ruhu daşıyıb. 5 oktyabr 2020-ci ildə, Suqovuşanın azadlığı uğrunda gedən ağır döyüşdə qəhrəmancasına şəhid olub.

 

Ümidin gənc ömrü orada tamamlanıb, lakin onun adı əbədi xalqın ürəyinə bir ümid toxumu səpib. Şəhid leytenant Ümid Məmmədov ölümündən sonra “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə” və “İgidliyə görə” medalları ilə təltif olunub. O, doğma Nehrəmdə torpağa tapşırılıb. Torpaq indi onu öz sinəsində fəxrlə daşıyır.

 

Ümidin həyatı bir cümlədə toplanır: O, yaşamaq üçün deyil, yaşatmaq üçün yaşayıb. Onun adı bu xalqın yaddaşında hər zaman dirilik, inam və gələcəyə Ümid kimi qalacaq.

 

Banuçiçək Məmmədova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər