00:00:00
Yazar
Admin User
27.04.2015 11:04 381 1 dəq oxuma
Sosial

Əli Məsimli: Sosial ipotekanın faiz dərcəsinin iki faizə salınmasını təklif edirik

“İpoteka üçün ayrılan məbləği artırmaq lazımdır.”
Əli Məsimli: Sosial ipotekanın faiz dərcəsinin iki faizə salınmasını təklif edirik

“İpoteka üçün ayrılan məbləği artırmaq lazımdır.”

Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü, millət vəkili Əli Məsimlinin İnformator-a verdiyi müsahibəsində qeyd edib ki, sosial ipotekanın faiz dərcəsi 4 fazidir və onun dərəcəsi endirilməlidir: “Bu dövlətin puludursa niyə dörd faiz olmalıdır. Hesab edirəm ki, sosial ipotekanın faiz dərəcəsi dörd faizdən iki faizə endirilməlidir. Adi ipotekanın da səkkiz faizdən beş faizə endirilməsini təklif edirik.”

Deputat digər problemin ilkin ödənişlə bağlı olduğunu bildirib: “Bunu ya dövlət öz üzərinə götürə bilər, ya da tədricən də olsa ilkin ödənişin məbləği aşağı salınmaqla bu problem həll edilə bilər.”

Gənc kadrları da regionlara cəlb etməklə üçün də ipoteka kreditindən istifadə etmək olar deyən Ə.Məsimli xalq evləri-sosial evlərinin tikilməsi ilə əhalini mənzillə təminatının sürətləndirilməsinin mümkün olduğunu qeyd edib. 


#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər