00:00:00
Yazar
Admin User
26.06.2025 11:36 142 1 dəq oxuma
Dünya

Liderlər Yaxın Şərqdəki vəziyyəti və Ukraynadakı müharibəni müzakirə ediblər

Liderlər Yaxın Şərqdəki vəziyyəti və Ukraynadakı müharibəni müzakirə ediblər

Avropa İttifaqına üzv 27 ölkənin liderləri bir günlük sammit üçün Brüsselə toplaşıblar. Sammitdə İsrail-İran münaqişəsi, Qəzza zolağında humanitar fəlakət, Rusiyanın Ukraynaya təcavüzü və NATO-dakı vəziyyət müzakirə olunacaq.


Digər mövzular sırasında gömrük rüsumları, miqrasiya, rəqabət qabiliyyəti və “Yaşıl kurs” çərçivəsində 2040-cı il üçün hədəflər də var.
Sammit ABŞ prezidenti Donald Trampın İsrail və İran arasında əldə olunmuş ilkin atəşkəs barədə açıqlamasından iki gün sonra keçirilir. Bu atəşkəs hər iki tərəf arasında yüksək gərginliyə baxmayaraq, hələ də qüvvədə qalır. Avropalılar bu açıqlamanı müsbət qarşıladılar, çünki onlar bu münaqişənin təhlükəli və nəzarətdən çıxmış nəticələr doğura biləcəyindən ehtiyat edirdilər.
Döyüş əməliyyatlarının dayandırılması, bloku uzun müddətdir bölən digər Yaxın Şərq məsələsinə – Qəzza zolağındakı vəziyyətə – daha çox diqqət ayırmağa imkan verəcək. Ötən həftə Avropa Xarici Fəaliyyət Xidməti (EEAS) Aİ ilə İsrail arasında Assosiasiya Sazişinə dair bir icmal təqdim edib və sənədin 2-ci maddəsində qeyd olunan insan hüquqları öhdəliklərinin İsrailin pozduğuna dair “əlamətlər” aşkarlandığını bildirib.

 

Euronews
Fatimə Heydərova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər