00:00:00
Yazar
Zəhra Həsənova
20.04.2026 21:28 29 3 dəq oxuma
Sosial

Lisenziya və icazələr: Hüquqi tələblər və prosedurlar

Lisenziya və icazələr: Hüquqi tələblər və prosedurlar

Azərbaycanda müxtəlif sahələrdə fəaliyyət göstərmək üçün lisenziya və icazələrin alınması qanunvericiliyin əsas tələblərindən biridir. Bu sənədlər sahibkarların fəaliyyətini qanuni çərçivədə qurmasına, riskləri azaltmasına və dövlət nəzarətinə uyğun işləməsinə imkan yaradır.

 

Mövzu ilə bağlı vəkil Toğrul Məmmədov
“İnformator.az”a açıqlamasında bildirib ki, lisenziyanın sahibi  dəyən zərərə görə müvafiq lisenziyalaşdırma subyekti  kompensasiyanın ödənilməsindən imtinadan inzibati və məhkəmə qaydasında şikayət edə bilər:

 

"Azərbaycan Respublikasında sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı lisenziya tələb olunan fəaliyyət növlərinin və icazələrin müəyyən edilməsinin meyarlarını (maliyyə bazarları sahəsində istisna olmaqla), onların siyahısını, lisenziya və icazə sisteminin dövlət tənzimlənməsinin prinsiplərini, lisenziyanın (icazənin), onun dublikatının və əlavəsinin verilməsi, lisenziyanın yenidən rəsmiləşdirilməsi, dayandırılması, bərpa edilməsi və ləğvi qaydalarını, lisenziyalaşdırma subyektlərinin, onların vəzifəli şəxslərinin və lisenziya  sahiblərinin məsuliyyəti "Lisenziyalar və icazələr haqqında" Azərbaycan Respublikasının qanunu ilə təmzinlənir. Maliyyə bazarları sahəsində lisenziya və icazə sistemi Azərbaycan Respublikasının Mülki Məcəlləsi, “Banklar haqqında”, “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında”, “Bank olmayan kredit təşkilatları haqqında”, “Poçt haqqında”, “Sığorta fəaliyyəti haqqında”, “İnvestisiya fondları haqqında”, “Lotereyalar haqqında”, “Valyuta tənzimi haqqında”, “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında”, “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının qanunları və maliyyə bazarları sahəsində qəbul edilən digər qanunlarla müəyyən edilir".


Həmçinin vəkil vurğulayıb ki, lisenziya tələb olunan fəaliyyət növlərinin və icazələrin müəyyən edilməsi həmin qanunun 4-cü maddəsi ilə tənzimlənir:

 

4.2. Lisenziya tələb olunan fəaliyyət növləri və icazələr qeyd olynan meyarlardan biri nəzərə alınmaqla məhz müəyyən edilir:
4.2.1. fəaliyyət növü dövlət təhlükəsizliyinə təsir edir;
4.2.2. fəaliyyət növü məhdud təbii ehtiyatlardan istifadəni nəzərdə tutur;
4.2.3. fəaliyyət növü ətraf mühitin ekoloji vəziyyətinə mənfi təsir göstərə bilər;
4.2.4. fəaliyyət növü qeyri-məhdud sayda şəxslərin həyatı, sağlamlığı və əmlakı üçün təhlükə doğurur;
4.3. Lisenziya tələb olunan fəaliyyət növləri və icazələrin siyahısı bu Qanunun 1, 2 və 3 nömrəli əlavələrində müəyyən edilir. Bu Qanunun 1 nömrəli əlavəsinin 2-ci, 17-ci, 18-ci və 19-cu maddələrində göstərilən fəaliyyət növləri üzrə lisenziyalaşdırılan iş və xidmətlərin siyahısını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.
4.4. Bu Qanunun 1, 2 və 3 nömrəli əlavələrində, 1 nömrəli əlavəsinin 2-ci, 17-ci, 18-ci və 19-cu maddələrində göstərilən fəaliyyət növləri üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi lisenziyalaşdırılan iş və xidmətlərin siyahısında hər hansı bir yeni lisenziya tələb olunan fəaliyyət (iş və xidmət) növünün və ya icazənin əlavə edilməsi barədə təkliflə yanaşı, həmin sahə üzrə bir lisenziya tələb olunan fəaliyyət növünün və ya icazənin çıxarılması barədə təklif də verilməlidir.
Lisenziyalaşdırma subyektləri və onların vəzifəli şəxsləri bu qanunun tələblərinin pozulmasına və lisenziyanın sahibinə vurulan zərərə görə Azərbaycan Respublikasının Mülki Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində və Azərbaycan Respublikasının Cinayət Məcəlləsində nəzərdə tutulmuş hallarda aidiyyəti üzrə məsuliyyət daşıyırlar. Lisenziyanın sahibi  dəyən zərərə görə müvafiq
lisenziyalaşdırma subyekti kompensasiyanın ödənilməsindən imtinadan inzibati və məhkəmə qaydasında şikayət edə bilər".

 

Samirə Allahverdizadə

#lisenziya #azərbaycan #prosedurlar #tələblər #baki
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər