00:00:00
Yazar
Ayşən Səlimova
03.04.2026 21:13 27 3 dəq oxuma
Sosial

Lisey və gimnaziyalar: Təhsildə yaranan fərqlər

Lisey və gimnaziyalar: Təhsildə yaranan fərqlər

Müasir dövrdə valideynlər və şagirdlər daha keyfiyyətli təhsil üçün lisey və gimnaziyalara üstünlük verməyə çalışır. Bu isə həmin məktəblərin adi orta məktəblərdən hansı üstünlüklərə malik olduğu sualını aktuallaşdırır.

 

Mövzu ilə bağlı təhsil eksperti Rizvan Fikirətoğlu “İnformator.az”a açıqlamasında bildirib ki, lisey və gimnaziyalarda nəticələr statistik olaraq daha yüksəkdir, amma bu fərqin yüz faiz məktəb fərqi olmadığıda diqqətə alınmalıdır.:

 

"Lisey və gimnaziyalarla bağlı ictimai müzakirələr əsasən keyfiyyət fərqləri, qəbul meyarları və nəticələr üzərində cəmlənir. Lisey və gimnaziyaların adi orta məktəblərdən əsas fərqlərindən biri tədris metodologiyası və modelidir. Yəni profil yönümlü təhsil tədris olunur. Liseylərdə daha çox elm, texnika, humanitar və s. istiqamətlər üzrə proqramlar həyata keçirilir. Genişləndirilmiş fənn saatları da var. Məsələn riyaziyyat, fizika kimi fənlərin dərs saatı artırılır. Bundan əlavə fərdiləşdirilmiş yanaşma tətbiq edilir və şagirdlər qabiliyyətlərinə uyğun qruplara bölünür. Digər fərq seçilmiş şagird kontingentidir. Şagirdlər imtahan və müsahibə ilə seçildiyinə görə orta göstərici daha yüksək olur. Müəllim heyəti də adətən müsabiqə yolu ilə seçilir. Burada liseylərin məqsədi ali təhsilə hazırlıqdır, gimnaziyaların məqsədi isə daha çox fundamental bilik və geniş ümumi inkişafdır. İnfrastruktur və mühit məsələsi də var. Çünki lisey və gimnaziyalarda laboratoriyalar, olimpiada hazırlığı və müxtəlif dərnəklər daha çox olur. Tədris mühiti daha rəqabətli və motivasiya edici hesab edilir. Lisey və gimnaziyaların üstünlükləri və çatışmazlıqlarına gəldikdə, üstünlüyü odur ki, yüksək tədris səviyyəsi var çünki genişləndirilmiş proqram, güclü müəllim heyəti və möhkəm baza mövcuddur. Möhkəm baza odur ki, riyaziyyat, təbiət elmləri və xarici dillər yüksək səviyyədə tədris edilir. Şagirdlər arasında motivasiya və rəqabət mühiti formalaşır. Bu isə şagirdlərin təhsil nəticələrini yüksəldir və şagirdlər arasında akademik intizam yüksək olur. Univeristetə hazırlıq daha peşəkardır, olimpiadaya hazırlıq sistemi təşkil olunur. Həmiçinin lisey və gimnaziyalarda dərsdən kənar fəaliyyətlər də olur. Məsələn elm klubları, debat, layhiyələr və s. Bununla yanaşı çatışmazlıqlar da mövcuddur. Dərs yükünün çox olmsı şagirdlərdə həddən artıq stress yarada bilər. Xüsusilə, 8-11- ci siniflərdə bu daha çox özünü qabarıq göstərir. Seçim mexanizmi bərabər olmadığına görə məktəblər arasında imkan fərqləri yüksəkdir. Regionlardan şagirdlərin bu məktəbə çıxışı müəyyən qədər limitli görünə bilir. Bu çox akademik yanaşmadır, müsbət tərəfi çoxdur, amma yaradıcılığa, incəsənətə, sosial bazalara bəzən kifayət qədər yer ayrılmır. Elitləşmə problemi yaranır çünki bəzi liseylər sosial bölgülər yaradır, yüksək ballı olanlar elit, digər məktəblər isə ikinci dərəcəli kimi görünür. Lisey və gimnaziyalara qəbul meyarları dəyişir, amma ümumi yanaşma var. Bir çox liseylər var ki, adətən qəbul test ilə həyata keçirir. Həmçinin müsahibə və portfel məsələsi var. Bəzi gimnaziyalarda yardıcılıq qabliyyəti, inteaktual səviyyə və bacarıqlar da qiymətləndirilir. Bir sıra məktəblərin daxili imtahanları var. Yüksək akademik göstərici tələb olunur. Lisey və gimnaziya məzunları ali məktəbə qəbul imtahanlarında daha yüksək nəticə göstərirmi fikirinə gəldikdə, ümumi tendensiya belədir. Lakin səbəblər çoxfaktorludur. Çünki burada seçilmiş şagird kontingenti vardır. Liseyə qəbul olan şagirdlər daha yüksək potenisala malik olur. Yəni nəticə fərqi yalnız məktəbin işi deyil, həm də şagirdin seçiminin nəticəsidir. Burada güclü akademik hazırlıq prosesi mövcuddur. 8-11-ci siniflərdə daha ciddi proqram olur. Test mərkəzli yanaşma var, mövzular dərindən izah edilir. Fənn müəllimləri daha təcrübəlidirlər. Olimpiada və imtahan yönümlü dərslər olduğu üçün motivasiya mühiti yüksəkdir. Nəticə olaraq, lisey və gimnaziyalarda nəticələr statistik olaraq daha yüksəkdir, amma bu fərqin yüz faiz məktəb fərqi olmadığıda diqqətə alınmalıdır. Daha savadlı şagirdlərin lisey və gimnaziyalara qəbul olunduğu üçün istər-istəməz nəticənin yüksək olmasına bu amildə təsir göstərir".

 

Samirə Allahverdizadə

#Sosial
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər