00:00:00
Yazar
Admin User
01.12.2015 11:14 734 1 dəq oxuma
Maraqlı

Əlləriniz tez-tez üşüyürsə…

Mütəxəssislər əl üşüməsinin müxtəlif səbəbləri ola biləcəyini söyləyir
Əlləriniz tez-tez üşüyürsə…
Əlləriniz normal havada da üşüyür? Mütəxəssislər əl üşüməsinin müxtəlif səbəbləri ola biləcəyini söyləyir.
 
Həmin səbəbləri təqdim edirik:
 
B12 vitamini çatışmazlığı
 
B12 vitamini orqanizmdə normadan az olduqda qan çatışmazlığı yaranır. Bu da əllərin üşüməsinə, əl və ayaqların buz kimi soyuq olmasına gətirib çıxarır.
Yumurta, süd və süd məhsulları, qırmızı ət B12 vitamini ilə zəngindir.
 
Təzyiqin aşağı düşməsi
 
Təzyiq aşağı olduqda qan damarları qanı orqanlara çatdıra bilmir. Qanın böyük bir hissəsi daxili orqanlar arasında paylaşdırılır. Bu da əl və ayaqların üşüməsi ilə nəticələnir.
 
Stress
 
Stress orqanizmə zərər vurur. Əgər yuxarıdakı iki səbəbdən şübhələnmirsinizsə, əllərinizin tez-tez üşüməsinin səbəbi stress ola bilər.
 
Dərmanlar
 
Bəzi dərmanlar qan damarlarını daraldır. Xərçəng dərmanları, miqrenə qarşı olan dərmanlar belə, əks göstəricilərə malikdirlər. Əllərinizin daim soyuq olmasının səbəbini dərmanlarda görürsünüzsə, həkimə müraciət edin.
 
Siqaret
 
Siqaret də qan damarlarını daraldır. Bu vəziyyət siqaret aludəçilərində qalıcı hal alır.
 
Qan dövranı ilə bağlı problemlər
 

Qan dövranı müxtəlif səbəblərdən yavaşlaya bilər. Bu zaman əl və ayaqlarda üşümə, ümumi halsızlıqla müşahidə edilir

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər