00:00:00
Yazar
Güllər Gülhüseynova
29.04.2026 20:19 16 1 dəq oxuma
Dünya

Londonda bıçaqlanma: Polis terror ehtimalını araşdırır

Londonda bıçaqlanma: Polis terror ehtimalını araşdırır

Londonda iki yəhudi kişi bıçaqlanıb və Britaniya polisi hadisəni ehtimal olunan terror hücumu kimi qiymətləndirir.

 

Polis Şimali Londondakı yəhudilərin sıx yaşadığı Qolders Qrin ərazisində şübhəli bıçaqlayan şəxsi elektroşok cihazı ilə zərərsizləşdirərək saxlayıb. 45 yaşlı kişi qəsdən adam öldürməyə cəhd şübhəsi ilə həbs olunub. Polis bildirib ki, şübhəli həmçinin hüquq-mühafizə əməkdaşlarına da hücum etməyə cəhd göstərib.

 

Hüquq-mühafizə orqanları hücumun yəhudiləri məqsədli şəkildə hədəf alıb-almadığını araşdırır və qeyd edir ki, istintaq çərçivəsində “bütün mümkün motivlər” nəzərdən keçirilir.

 

Polisin məlumatına görə, zərərçəkənlər-70 yaşlarında bir kişi və 30 yaşlarında başqa bir kişi xəstəxanadadır və vəziyyətləri stabildir.

 

ANEWZ
Lalə Qurbanlı

#londonda #yeni #hadisəni #baki
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər