00:00:00
Yazar
Admin User
17.11.2023 18:40 305 3 dəq oxuma
Sosial

Loqoped problemi

Loqoped problemi

“Hər mütəxəssisin işləmə metodu fərqlidir. Amma burdakı cümlədə əsas vurğu mütəxəssis hissəsinə düşməlidir. Yəni birinci biz o şəxsin mütəxəsis olduğundan əmin olmalıyıq, daha sonra isə onun etdiklərini sorğulamamalıyıq. Əgər, bizim birinci hissəyə dair, yəni mütəxəssis hissəsinə dair bir şüphəmiz varsa da, həmin şəxsin yanına nə özümüz nə də övladımızı göndərməməliyik”.

 

Bu sözləri İnformator.az-a açıqlamasında psixoloq Əfsanə Rüstəmova bildirib. Psixoloqun sözlərinə görə, yalnız həqiqətən inandığımız insanların yanına özümüz və övladlarımız getməlidir.

 

“Çünki inandığımız insanların etdiklərini sorğulamadan qəbul edə bilirik. Əslində, ümumiyyətlə, laqapetlərin iş prinsipində biraz daha yüksək səs tonu və özlərinə tabe etmək üçün biraz daha əmr kipində danışmaq uyğun görülür və bu onların iş sahəsinin tələb etdiyi bir (dırnaq arasında deyək) "soyuqqanlılıqdır". Əlbəttə, hər şey kimi bu da maksimum professional həddə olmalıdır”.

 

Psixoloq düşünür ki, görünən odur ki, bəzən tədris olunan materiallar tələbələr və öyrəncilər tərəfindən yanlış anlaşıla bilir.

 

“Yəqin ki, həmin xanım üçün danışmırıq, amma ümumilikdə həmin dönəmdə o uşaqlara, o gənclərə müəllimlər uşaqlarla rəftarını sərt olmalıdır ki, onlar sizi oyun yoldaşı bilməsin və sizdən əmr götürsünlər və sizə tabe olsunlar deyəndə müəllimin nəzərdə tutduğu ilə xanımların ya da laqapetlərin anladıqları eyni olmayıb. Və onlar düşünüb ki, sərtlikdisə maksimum həddə sərtlik göstərməliyəm ki, uşaq daha yaxşı tabe olsun”.

 

Əfsanə Rüstəmovanın sözlərinə görə, sözü gedən kadrda isə əslində müəllimin heç də bunu qeyri-adi görmədiyi anlaşılır.

 

“Yəni müəllim bunu iş prosesinin gedişi kimi görür. Çünki əgər, orda biz düşünsək ki, müəllim əsəblərinə sahib ola bilmədi və qışqırdı belə olan halda o canlı yayımı əslində dayandıra bilərdi və həmin o aqressiya dediyimiz hissəni canlı yayımdan kənarda göstərə bilərdi amma, müəllimin anladığım qədərilə laqapetin anladığım qədərilə gördüyü işin əsas hissəsi məhz budur və canlı yayımda bunu göstərməyin heç bir qəbahəti yoxdur”.

 

Psixoloq düşünür ki, o, yəqin ki, yolunu və ya fikrini əsas tutaraq bu yanaşmanı sərgiləyib.

 

“Dediyim kimi bu tip mövzularda mən ümumiyyətlə birmənalı olaraq düşüncəm budur ki, mütləq ki, dorğulayacağımız bir mütəxəssis tapmalı və onun dediklərinə tabe olmalıyıq. Bəli, bu doğrudur ki, psixalogiyada və həmin defaktalogiya sahəsi olan laqapetiyada da ümumən uşaqlarla rəftar nisbətən daha sərt və daha əmir kipində danışmaqla aparılmalıdır. Amma bunun dozu doğru müəyyən edilməlidir ki, yaxşı mənada Azərbaycanda bir misal var : qaş düzəltdiyimiz yerdə vurub gözü də çıxartmayaq. Bəlkə, uşağın hansısa bir davranışın düzəldə bilərik bununla. Amma o səs tonu və o davranışla onda yeni bir qorxu, yeni bir fobya, yeni bir travma yarada bilərik”.

 

Müsahib deyir ki, ona görə də birmənalı olaraq öncə gələn pasiyentə yaşından asılı olmayaraq tam sizin ona zərər verməyəcəyinizdən əmin olmalı və sizi qəbul etməli, daha sonra isə siz pasiyentə görə səs tonu və iş gedişatı müəyyənləşdirməlisiniz.

 

“Məsələdə, ümumiyyətlə, bu məsələnin kütləviləşməsi əslində həm də uşaqlara həssasiyyətimizdən qaynaqlandığını düşünürəm. Məsələn, biz bir uşaq əməliyyatın açıq şəkildə göstərsək cəmiyyət çox təsirlənər amma, əməliyyatın gedişatında əgər, o hissə kəsilməli və ordan qan çıxmalıdırsa, bu belə də olmalıdır. Bəzi şeylər görünəndə çox sərt görünə bilər amma, işin tələbi budursa, bu cür də icra olunmalıdır. Mən sadəcə olaraq orda "uşaqlarla belə davranmaq lazımdır" hissəsindəki "belə" sözünü həmin laqapetin ola bilər ki, yanlış anladığını, ola bilər ki, medianın bizə göstərdiyi hissədə bizim yanlış anladığımızı düşünürəm”, - deyə psixoloq əlavə edib.

 

Gülay Qəribova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər