00:00:00
Yazar
Ayşən Səlimova
01.04.2026 20:19 19 2 dəq oxuma
Sosial

Əmək müqaviləsi: hüquqlar və öhdəliklər nə dərəcədə qorunur?

Əmək müqaviləsi: hüquqlar və öhdəliklər nə dərəcədə qorunur?

Əmək müqaviləsi - işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir.

 

 

Mövzu ilə bağlı hüquqşünas və politoloq Fərhad Mehdiyev “İnformator.az”a açıqlamasında bildirib ki, qanunvericiliyimizə əsasən əmək müqaviləsi olmadan insanların işlədilməsi qadağandır:

 

"Əmək müqaviləsi müddətli və müddətsiz olur. Müddətli əmək müqavilələrində müddət sona çatanda tərəflər əmək müqaviləsini uzatmaya bilərlər. Müddət sona çatdığına görə 68-ci maddəyə uyğun olaraq əmək münasibətlərinə son verilir. Əgər əmək müqaviləsi müddətsizdirsə, təbii ki, əmək müqaviləsinə xitam verilmə şərtləri bir qədər fərqlənir. 68-ci maddəyə görə tərəflərin iradəsi ilə və ya əmək şəraitinin dəyişdirilməsi nəticəsində əmək müqaviləsinə xitam verilə bilir. Həmçinin 70-ci maddəyə əsasən əmək müqaviləsinə xitam verilməsi mümkündür. Çünki 70-ci maddədə daha geniş şərtlər göstərilir. Ümumiyyətlə, vətəndaşlar üçün maraqlı olan halları sadalasaq, müddətli əmək müqaviləsinin müddəti sona çatdıqda, əmək müqaviləsinə xitam verilir. Müddətsiz əmək müqavilələrində isə adətən işçilər ixtisar qaydasında işdən çıxarılır. Yəni ştat vahidi ləğv edilir, ştat vahidinin ləğvi isə işəgötürənin səlahiyyətindədir. Ştat vahidi ləğv olunur və 2 ay əvvəlcədən məlumat vermək şərti ilə əmək müqaviləsinə xitam verilir, yaxud həmin 2 aylıq kompensasiyanı əvvəlcədən ödəməklə, 2 ay gözləmədən əmək müqaviləsinə xitam vermək olar. Təbii ki, başqa şərtlər də mövcuddur. Məsələn, işçi əgər əmək nizam-intizamını və öz vəzifələrini kobud şəkildə pozduqda, ona müvafiq intizam tənbehi verildikdən sonra həmin hal 6 ay ərzində təkrarlansa onun əmək müqaviləsinə yenə xitam verilir. Adətən bu töhmət olur, töhmətdən sonra işdən çıxarılır. Qanunvericiliyimizə əsasən əmək müqaviləsi olmadan insanların işlədilməsi qadağandır. Əmək müqaviləsi işçini qoruyan əsas vasitələrdən biridir. Məsələn işçinin işdən çıxarılması çətindir, işəgötürən istədiyi vaxt işçini işdən çıxara bilməz. Digər məsələ isə odur ki, iş qəzası baş verdiyi halda, işəgötürən iş qəzası nəticəsində işçinin sağlamlığına dəyən bütün zərərləri ödəməyə məcburdur. Əgər bu davamlı hal alarsa, işəgötürən də davamlı şəkildə həmin işçiyə müavinət ödəməyə məcbur qalır".

 

Samirə Allahverdizadə

#Sosial
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər