00:00:00
Yazar
Səkinəbəyim Cəfərova
28.08.2026 21:59 120 1 dəq oxuma
Maraqlı

Əməkhaqqı gecikdirilirsə, işçi nə edə bilər? Qanun nə deyir?

Əməkhaqqı gecikdirilirsə, işçi nə edə bilər? Qanun nə deyir?

Bir çox işçinin qarşılaşdığı problemlərdən biri əməkhaqqının vaxtında ödənilməməsidir. Bəs işəgötürən maaşı gecikdirə bilərmi və gecikmə halında işçinin hansı hüquqları var?


Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 172-ci maddəsinə əsasən, əməkhaqqı işçilərə müəyyən edilmiş müddətlərdə verilməlidir.Qanunvericiliyə görə, əməkhaqqının ödənilməsi qaydaları kollektiv və ya əmək müqaviləsində də müəyyən edilə bilər.

 

Əgər əməkhaqqının verilməsi günü istirahət və ya iş günü hesab edilməyən bayram gününə düşərsə, ödəniş həmin gündən əvvəl həyata keçirilməlidir.

İşdən çıxan işçinin pulu nə vaxt verilməlidir?

Əmək Məcəlləsinin 172-ci maddəsinin 4-cü hissəsinə əsasən, işçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilməlidir.Bu ödənişlərə əməkhaqqı ilə yanaşı, konkret vəziyyətdən asılı olaraq digər qanuni ödənişlər də daxil ola bilər.

Maaş gecikərsə, işçiyə əlavə ödəniş düşürmü?


Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsinə əsasən, əməkhaqqının ödənilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə, hər gecikdirilmiş gün üçün işçiyə əməkhaqqının azı 1 faizi məbləğində ödənc verilməlidir.

Səkinəbəyim Cəfərova

#gündəm #xəbər #yeni #deyir?
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər