00:00:00
Yazar
Zəhra Həsənova
15.05.2026 23:03 25 3 dəq oxuma
Sosial

Məktəb və univeristetlər də telefon qadağa oluna bilər?

Məktəb və univeristetlər də telefon qadağa oluna bilər?

Bir sıra ölkələrdə və tɛhsil müəssisələrində dərs zamanı telefon istifadəsinə məhdudiyyət qoyulması müzakirə olunur. Tərəfdarlar hesab edir ki, telefonlar şagird və tələbələrin diqqətini yayındırır və dərs keyfiyyətinə mənfi təsir göstərir. Digərləri isə texnologiyanın artıq təhsilin bir hissəsinə çevrildiyini və tam qadağanın düzgün yanaşma olmadığını düşünür.


Mövzu ilə bağlı Bakı Dövlət Univeristetinin Jurnalistika fakültəsinin tələbəsi Fəridə Əliyeva “İnformator.az”a açıqlamasında bildirib ki, telefonun qadağan edilməsi tələbələrə biraz mənfi təsir göstərər:

 

"Telefonların təhsil müəssisələrində qadağan olunması ədalətli deyil, çünki dərs vaxtı tələbə internetdən istifadə edib dərs müzakirələrinə qatıl bilər. Eyni zamanda, bəlkə vacib mesaj və ya zəng gələcək bunlara da cavab verməlidir. Telefonun dərsələrdə bizə kömək yoxsa mane yaratması tələbəyə baxır. Əgər tələbənin həmin dərsə və müəllimə qarşı marağı varsa, telefon ona mane olmadan da o dərslərini dinləyəcək, mənim fikrimcə, qətiyyən mane deyil. Telefonun qadağan edilməsi tələbələrə biraz mənfi təsir göstərər. Məsələn mən özümü çox qısıtlanmış hiss edərəm və bu hiss mənə çox mənfi təsir göstərər, hətta dərsə olan marağım belə azalda bilər".

 

Mövzu ilə bağlı təhsil eksperti Əmrah Həsənli isə “İnformator.az”a açıqlamasında bildirib ki, nəzarətli istifadə modeli nəzəri olaraq yaxşı səslənə bilər, amma praktikada çox vaxt işləmir:

 

​"Hesab edirəm ki, məktəblərdə və univeristetlərdə dərs zamanı telefon istifadəsində ciddi şəkildə qadağa tətbiq olunmalıdır. Telefon artıq təhsil vasitəsindən çox diqqət dağıdan, şagirdləri və tələbələri dərsdən uzaqlaşdıran bir problemə çevrilib. Bu gün bir çox şagirdin də, tələbənin də diqqəti müəllimdə yox, məhz telefondadır. Dərs izah olunur, amma uşaq ya sosial şəbəkədədir, ya oyun oynayır, ya da videoya baxır. Belə mühitdə keyfiyyətli təhsildən danışmaq istənilən halda çətindir. Bəziləri deyir ki, texnologiya təhsilin bir hissəsidir. Amma məktəbdə şagirdin əlində şəxsi telefon olması ilə texnologiyadan düzgün istifadə tam fərqli anlayışlardır. Təhsil üçün lazım olan bütün məlumat dərslikdə, müəllimdə və məktəbin təqdim etdiyi resurslarda var. Dərs zamanı İnstagram, TikTok, digər sosial şəbəkələrdən istifadənin təhsilə heç bir faydası yoxdur. Əksinə, diqqət müddətini zəiflədir, dərsə marağı azaldır və  asılı vəziyyətə gətirir. Xüsusilə, məktəblərdə telefon qadağasını tam dəstəkləyirəm, çünki məktəb intizam yeridir, şagird məktəbə oxumağa gəlir, telefonla vaxt keçirməyə gəlmir. Son illər məktəblərdə gizli çəkilişlər, müəllimlərin videoya alınması, şagirdlərin, tələbələrin bir-birini sosial şəbəkədə alçatması kimi hallar da ciddi şəkildə artıb. Bunun əsas səbəblərindən biri də nəzarətsiz telefon istifadəsidir. Telefon bəzən təhsil vasitəsi yox, təhsil mühitini pozan alətə də çevrilir. Nəzarətli istifadə modeli nəzəri olaraq yaxşı səslənə bilər, amma praktikada çox vaxt işləmir. Çünki müəllim həm dərs deyib, həm 30 nəfərin telefondan necə istifadə etdiyini izləyə bilməz. Bu müəllimin işini də daha çətinləşdirəcək. Ən doğru yol dərs zamanı telefonların tam məhdudlaşdırılmasıdır. Valideynlə əlaqə üçün məktəb rəhbərliyi və digər vasitələr düşünürəm ki, kifayət edir. Gələcəkdə də xüsusilə, orta məktəblərdə telefon istifadəsinə daha sərt yanaşılacaq. Çünki artıq bir çox ölkələr görür ki, telefon həddindən artıq bağlılıq uşaqların həm savadına təsir edir, həm psixologiyasına təsir edir, həm də sosial davranışına mənfi təsir edir. Təhsil sistemi uşağın diqqətini toplamalıdır, onu ekran asılılığına sürükləməməlidir. Nizam-intizam məsələsinə də gələndikdə, telefon qadağası müsbət nəticə verəcək. Telefon olmayanda şagird daha çox dərsə fokuslanır, müəllim rahat işləyir, mühiti daha ciddi, daha akademik mühit yaranır. Təhsil müəssisəsi sosial şəbəkə mühiti deyil. Məktəbin əsas məqsədi də bilik vermək və düzgün şəkildə şəxsiyyət formalaşdırmaqdır".

Samirə Allahverdizadə

#qadağa #bilər? #gündəm #telefon
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər