00:00:00
Yazar
Nərmin Həşimova
01.10.2026 10:02 27 2 dəq oxuma
Mədəniyyət

“Mənsum İbrahimov milli musiqimizin təkrarolunmaz şəxsiyyəti, sənət fədaisidir”- Qərənfil Dünyaminqızı

“Mənsum İbrahimov milli musiqimizin təkrarolunmaz şəxsiyyəti, sənət fədaisidir”- Qərənfil Dünyaminqızı

Oktyabrın 1-i muğam sənətimizin görkəmli simalarından, Azərbaycanın musiqi sənətində özünəməxsus rolu olan, Xalq artisti, "Şöhrət" ordenli Mənsum İbrahimovun doğum günüdür. Görkəmli şəxsiyyət 1960-cı ildə Qarabağın incisi Ağdam rayonunun İmamqulubəyli kəndində dünyaya göz açıb.


BDU-nun professoru, filologiya elmləri doktoru, Əməkdar jurnalist Qərənfil Dünyaminqızı “İnformator.az”a açıqlamasında bildirib ki, Mənsum İbrahimovu 90-cı illərdən tanıyır:   


“Mən o zaman “Ədalət” qəzetində müxbir işləyirdim. Onun haqında yazdığım məqalənin sonunda belə bir fikir vurğulamışdım: “Muğamımıza, musiqi mədəniyyətimizə çox istedadlı bir gənc gəlib. 30 il bundan əvvəl söylədiyim bu fikirlərimin bu gün öz aktuallığını qoruması, hətta ondan da üstün olması bir yazar kimi məni çox sevindirir. Mənsum İbrahimov yalnız  muğamımızın deyil, mənə elə gəlir ki, bütövlükdə musiqi sənətimizin canlı ensiklopediyası və təkrarolunmaz sənətkarıdır. Bu gün çox xalq artistimiz var, amma sənətə, milli dəyərlərə olan bağlılığı, yüksək əxlaqi keyfiyyətləri ilə seçilən şəxsiyyətdir.  O hələ muğamımızın az qalsın unudulduğu anlarda sənətə sadiq qalmış, musiqi sahəsində böyük xidmət göstərmişdir. Mənsum İbrahimov həm də xalq və bəstəkar mahnılarının, muğamlarının mahir ifaçısı kimi tanınır. Gənc yaşlarından istedadı ilə seçilən xanəndə hələ 1985-ci ildə dahi bəstəkar Üzeyir Hacıbəyovun anadan olmasının 100 illiyinə həsr olunan müsabiqədə birinci yerə layiq görülüb”.


Professor qeyd edib ki, Mənsum müəllim dünyanın hər yerində Azərbaycan muğamını, sənətini təbliğ etmiş sənətkarımızdır:


“ O, Türkiyə, İran, İraq, Belçika, Lüksemburq, Kipr, Fransa, ABŞ və Kanadada muğamımızı təmsil edib. Bununla yanaşı, pedaqoji fəaliyyətlə də məşğul olur. Görkəmli xalq artistimiz musiqi sənətini gələcək nəsillərə ötürən, muğamın sirrlərini gənclərə öyrədən pedaqoqdur.  Mənsum İbrahimovun Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətlərini dövlətimiz yüksək qiymətləndirilib. 1998-ci ildə "Azərbaycan Respublikasının Əməkdar artist", 2005-ci ildə "Azərbaycan Respublikasının Xalq artisti" fəxri adlarına, 2010-cu ildə "Şöhrət" ordeninə layiq görülüb. 2017-ci ildən Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsüdür. Mənsum müəllim bir vətəndaş, xalq artisti, milli dəyərlərə olan bağlılığı ilə seçilən ən böyük şəxsiyyətlərdən biridir. 

Bu xüsusi gün münasibətilə Mənsum müəllimi təbrik edir, ona uzun ömür, can sağlığı arzu edirəm!”.


Nərmin Həşimova

#milli #qərənfil #təkrarolunmaz #i̇brahimov #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər