00:00:00
Yazar
Zəhra Həsənova
30.06.2026 18:15 28 2 dəq oxuma
İqtisadiyyat

Məqsədimiz innovasiya ekosistemi qurmaq və iqtisadiyyata güclü təkan verməkdir - Mehriban Əliyeva

Məqsədimiz innovasiya ekosistemi qurmaq və iqtisadiyyata güclü təkan verməkdir - Mehriban Əliyeva

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva bildirib ki, ölkənin əsas prioritetlərindən biri innovasiya ekosisteminin formalaşdırılması və iqtisadi inkişafın sürətləndirilməsidir. Onun sözlərinə görə, müasir texnologiyaların tətbiqi, startap mühitinin inkişafı, elmi-tədqiqat fəaliyyətinin dəstəklənməsi və innovativ təşəbbüslərin təşviqi iqtisadiyyatın rəqabət qabiliyyətinin artırılmasına, yeni iş yerlərinin yaradılmasına və dayanıqlı inkişafın təmin olunmasına mühüm töhfə verəcək.

 

Mövzu ilə bağlı iqtisadçı Əkrəm Həsənov “İnformator.az”a açıqlamasında bildirib ki, Rəqəmsal İnkişaf və İnnovasiyalar sahəsində yaradılan şura və Mehriban xanımın bu quruma rəhbərlik etməsi mühüm və təqdirəlayiq addımdır:

 

“Bu şuranın yaradılması və Mehriban xanımın ona rəhbərlik etməsi çox önəmli və vacibdir. Bu, dövlətin məsələyə nə dərəcədə diqqət yetirdiyini göstərir. Sözün əsl mənasında innovasiyalar və rəqəmsal inkişaf iqtisadiyyatın yalnız bir sahəsi deyil. Bu yanaşma bütün sahələrdə tətbiq olunmalıdır. Əks halda nə iqtisadiyyatımız, nə də digər sahələrimiz inkişaf edə bilər. Ancaq hər bir iqtisadi inkişafın təməlində sahibkarlığın inkişafı və müdafiəsi dayanır ki, bu da birbaşa məhkəmə sistemindən keçir. İnsanlar, sahibkarlar və investorlar əmin olmalıdırlar ki, onların hüquqları məhkəmələrdə qorunacaq. Lakin bizim elektron məhkəmə sistemimiz üç aydan artıqdır ki, normal işləmir. Demək olar ki, iki dəfə tam çöküb, hətta onlardan biri bir aydan çox davam edib. Hazırda da sistem normal fəaliyyət göstərmir.
Bu vəziyyətdə rəqəmsallaşmadan necə danışmaq olar? Əgər vətəndaşlar və sahibkarlar görürlərsə ki, məhkəmə sistemi, yəni onların hüquqlarını müdafiə etməli olan əsas institutun özü normal rəqəmsal təminata malik deyil, o zaman digər sahələrə kim investisiya qoyacaq? Əsas çağırış da məhz budur. Dövlətin ən vacib sahələrində rəqəmsal təminatın yaradılması vacibdir və bunun başında məhkəmə sistemi gəlir. Startaplar və digər innovativ şirkətlər bundan sonra gəlir. İnnovasiya yönümlü iqtisadiyyatın qurulmasında dövlət və özəl sektor əməkdaşlığının rolu haqqında danışarkən də məsələ məhz buradan başlayır. Əgər bu əsas yoxdur, deməli, bütün digər məsələlər də gəlib burada ilişib qalacaq. Buna görə də ilk növbədə dövlətin öz elektron xidmətləri normal işləməlidir. Əgər məhkəmə sistemində bu təmin olunmursa, deməli, digər sahələrdə də tam şəkildə təmin olunmayacaq”.

 

Fatimə Hüseynli

#xəbər #mehriban #azərbaycan #təkan
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər