00:00:00
Yazar
Admin User
27.11.2025 17:21 123 2 dəq oxuma
Sosial

Müasir cizgi filmlərin uşaqlara təsiri

Müasir cizgi filmlərin uşaqlara təsiri

Günümüzdə demək olar ki,bir çox ailələr uşaqlarının körpəlikdən ekran aludəçisi olmasına səbəb olur. Uşaqlar telefonlarda bir sıra oyunlar oynayır, televiziyada cizgi filmlər izləyir. Onların çoxu isə nə yaşlarına uyğun olur,nə də ki onların gələcəyi üçün müsbət bir təsirə malik olur.Bəs həmin oynadıqları oyunlar,izlədikləri cizgi filmlər onların inkişafına nə dərəcə təsir edir?

 

Mövzu haqqında uşaq psixoloqu Aygül Məlikova "İnformator.az"a açıqlamasında bildirib ki, Günümüzdə uşaqlar daha körpəlikdən ekranla tanış olur:

 

"Telefon, planşet və TV onların gündəlik həyatının bir hissəsinə çevrilir. Bir çox valideynlər bunun zərərsiz əyləncə olduğunu düşünsə də, araşdırmalar göstərir ki, müasir cizgi filmlərinin ritmi, vizual tərzi və mesajları uşağın beynində düşündüyümüzdən daha böyük dəyişiklik yaradır. Yeni cizgi filmlərinin bir çoxu saniyələr içində dəyişən görüntülərdən ibarətdir. Bu, uşağın beynini daimi stimul axtarışına öyrədir. Sonra adi həyatda-məktəbdə, tapşırıqlarda, hətta oyunda belə tez bezmə yaranır. Zorakılıq emosional uyuşmaya səbəb olur. Cizgi filmindəki döyüş, vurma, bağırma kimi səhnələr əyləncəli şəkildə təqdim olunduğu üçün uşaq beynində "bu normaldır" mesajı yaranır. Bu, aqressiv davranışlara deyil, emosional həssaslığın azalmasına daha çox təsir edir və çoxları bu hissəni bilmir. 0-6 yaş üçün yavaş ritmli, yumşaq rəngli cizgi filmlərin beyin üçün sağlamlı olduğu düşünülür. "Peppa Pig'', "Maşa və ayı" kimi yüksək ritmli cizgi filmlər bəzən həddindən artıq stimul yaradır. Bəzi cizgi filmlərində qəhrəmanın qorxu, ayrılma, qovulma, təhlükə yaşadığı səhnələr var. Uşaq bunu vizual olaraq qəbul edir, amma emosiyanı tənzimləməyi bacarmır. Həmin cizgi filmlər uşaqlarda yuxu problemləri, ayrılma narahatlığı yarada bilir. Dil öyrənmədə ritmik təkrarlar çox faydalıdır və yavaş dialoqlu cizgilər nitqi gücləndirir. Yaxşı seçilən cizgi filmlər sosial bacarıqlar, paylaşma, empatiya mesajları verə bilər. Tez-tempi cizgilər uşağın danışıq sürətini artırır, lakin söz ehtiyatını zəiflədir. Sadəcə cizgi film izləmək sosial bacarıqları inkişaf etdirmir, sadəcə uşaqları əyləndirir. İnkişaf yalnız qarşılıqlı ünsiyyətlə olur. Müasir cizgi filmləri tamamilə zərərli deyil, sadəcə düzgün seçilmədikdə, xüsusilə 0-6 yaş dövründə, beyin inkişafının ən kritik mərhələlərinə təsir edir".

 

 

Mələk Nəsirli

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər