Müasir dövrümüzün yazıçıları
Kitab oxumaq insanın nitqini,dünyagörüşünü,
düşünmək qabiliyyətini inkişaf etdirir.
Mövzu ilə bağlı yazıçı Mürşüd Mehdi bildirib ki, cəmiyyəti kitab oxumağa sövq etmək üçün müasir oxuyucunun tələblərini nəzərə almaq lazımdır:
"Kitab yazarkən sujet xətti addım-addım irəliləməli, hekayəyə xidmət etməyən dialoqlar mütləq şəkildə kitabdan çıxarılmalıdır. Bu kimi vacib nüanslar nəzərə alınmalıdır ki, müasir oxuyucunun diqqətini çəkə bilək. Mən, ümumiyyətlə, başqa xalqlara meylliliyin doğru olduğunu düşünmürəm. Biz azərbaycanlılar olaraq kifayət qədər dünyagörüşlü xalqıq. Başqalarının bizdən nümunə götürməli olduğu halda, bizim başqa millətlərin təsiri altına düşməyimiz doğru deyil".
Kərimova Türkanə
