“Müasir gənclər – müasir peşələr”
“İnnovasiyaya Doğru” Gənclərə Dəstək İctimai Birliyinin həyata keçirdiyi “Müasir gənclər – müasir peşələr” adlı layihə başa çatıb. Layihənin əsas məqsədi müasir peşələr haqqında məlumatlandırma, bu peşələrə yiyələnmənin maddi, iqtisadi və yaradıcı üstünlüklərinin gənclərə aşılanması olub.
Yeniyetmələrlə keçirilən görüşlərdə Təhsil Nazirliyinin əməkdaşları, peşə, lisey və məktəblərin direktorları, peşə məktəblərinin nümunəvi şagirdləri iştirak edərək gənclərə peşələr haqqında geniş məlumat veriblər, peşə liseyləri haqqında məlumatlandırıcı bukletlər paylanılıb.
Birliyin sərdi Rəşad Cəfərovun layihə haqqında bölüşdükləri: “Gənclər və İdman Nazirliyinin dəstəyi ilə həyata keçirdiyimiz bu layihədə problemin qismən də olsa aradan qaldırılması üçün məlumatlandırma işlərini (televiziya proqramının hazırlanması, müasir peşələrə harda və necə yiyələnməyin mümkün olduğunu göstərən məlumatverici vərəqələrin paylanması) həyata keçirdik. Ümid edirik ki, layihəmizdən bəhrələnələr gənclər çox oldu.”
Qeyd edək ki, layihə çərçivəsində gənclər müasir əmək bazarı, tələbləri, müasir peşələr haqqında məlumatlar da əldə edə biliblər.
