00:00:00
Yazar
Admin User
10.11.2025 19:28 242 2 dəq oxuma
Maraqlı

Müasir medianın ən böyük problemi

Müasir medianın ən böyük problemi

Müasir media informasiya sürətinin ən yüksək olduğu bir dövrdə fəaliyyət göstərir. Xəbər bolluğu, rəqəmsal platformaların artması və auditoriyanın gündən-günə dəyişən tələbləri medianın iş prinsipini köklü şəkildə formalaşdırır. Lakin bu dinamik inkişafla yanaşı, ciddi problemlər də ortaya çıxır: dezinformasiya, etibar itkisi, klik əsaslı məzmun yarışı və peşəkar jurnalistikanın dəyərdən düşməsi.

 

Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında jurnalist İlkin Məmmədkərimli bildirib ki,Məsələ burasındadır ki, medianın ən böyük problemlərindən biri mediada araşdırmalar son vaxtlar kəskin şəkildə azalıb, özəl məlumatlar yoxdur, eksklüziv xəbərlər yoxdur deyə o bildirib:

 

"Yəni bir saytı oxuyursan, sanki bütün saytları izləmiş olursan. Bugünkü gündə çox təəssüflər olsun ki, dövrümüzdə copppaste jurnalistikası yaranıb. Bütün saytlar ölkədə fəaliyyət göstərən agentliklərdən  xəbərləri götürür, orasını burasını düzəldir qoyur. Sosial şəbəkələrdə, ümumiyyətlə, media orqanlarının üstələməsi fikrindən daha çox ölkədə hələ də, bölgələrimizdə ümumiyyətlə insanlarda xəbər oxuma vərdişləri yoxdur. Yəni xəbər saytlarını izləmirlər xəbər saytlarına girənlərin statistikaya baxsaz, görərsiz ki, bunlar Bakı və Bakıətrafı şəhərlər, eyni zamanda iri şəhərlərdən daxil olanlardır. Bu rayonlarda insanlar xəbərləri yalnız tiktok və instagram sosial şəbəkəsindən əldə edirlər. Bunun özü, yəni böyük bir problemdir-insanlara xəbər oxuma vərdişləri olmalıdır. Bütün dünyada insanlar pul edib ödənişli abunəlik qarşılığında, yəni digital media xidmətlərindən istifadə edirlər. Ödəniş etmək qarşılığında onlar abunəlik xidmətinə xəbər əldə edir, yazıları girib oxuyurlar. Məsələn, insanlar könüllü şəkildə pul ödəyirlər hər hansı bir dərgiyə, hər hansı bir xəbər saytına bizdə ümumiyyətlə pulsuz belə yeni saytlara girib oxuyan yoxdur. Yəni ölkədə baş verən ən son xəbərləri həmçinin dünyada baş verən son xəbərləri girib, yəni bölgələrdən oxumurlar. Bu, ən böyük problemdir və bir də ki, dezinformasiyanın yayılma sürəti də ki, bizdə çox az yeni media quruluşu var ki, xəbəri dəqiqləşdirməmiş vermir".

 

Gövhər Mehyəddinova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər