00:00:00
Yazar
Admin User
27.05.2024 10:22 580 1 dəq oxuma
Sosial

Müstəqillik Gününə həsr olunmuş tədbir keçirilib

Müstəqillik Gününə həsr olunmuş tədbir keçirilib

Xətai rayonu Allahverdi Xəlilov adına 263 saylı orta məktəbdə Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 106-cı ildönümünə həsr olunmuş dəyirmi masa keçirilib. Məktəbin tarix müəllimi Aqil Qazi Azərbaycan tarixinin bu şanlı səhifəsi ilə bağlı tədbir iştirakçılarına məlumat verib.

 

Sonra dəyirmi masada iştirak edən məktəblilər Müstəqillik gününün tarixinə dair maraqlı məruzələr ediblər. Çıxış edən məktəblilər müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət olan Azərbaycan Cümhuriyyətinin yaranması, qısa ömründə əldə etdiyi böyük nailiyyətlər və qalibiyyətlər haqqında danışıblar. Bildirilib ki, şərqdə ilk dəfə qadınlara seçim hüququ verən və bununla da hüquq bərabərliyini təmin edən cümhuriyyət, o cümlədən milli ordu, milli pul, demokratikləşmə, təhsil, beynəlxalq əlaqələr sahəsində də xeyli mütərəqqi addımlar atıb.

 

Sonda maraqlı çıxışları ilə fərqlənən məktəblilərə professor Qulu Məhərrəmlinin imzası ilə Azərbaycan Xalq Cümhuriyyətinin qurucusu M.Ə.Rəsulzadənin həyat və fəaliyyətinə həsr etdiyi kitabı hədiyyə olunub.

 

 

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər