“Müsyö Jordan Qarabağ Sərgüzəştləri” tamaşasına ictimai baxış
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin “Öyrədərək Öyrənirəm” layihəsi çərçivəsində Ağdam Dövlət Dram Teatrında M.F. Axundzadənin klassik komediyası “Müsyö Jordanın Qarabağ Sərgüzəştləri” tamaşasına ictimai baxış təşkil olunub. Səhnə əsəri gənc rejissor Fuad Cavadzadənin quruluşunda hazırlanıb.
“İnformator.az" xəbər verir ki, ictimai baxışda Mədəniyyət Nazirliyinin Teatr sektorunun müdiri Böyükxanım Talıbova, sektorun əməkdaşı Günay Hümbətova, teatrın bədii şura üzvləri və kollektivin digər əməkdaşları iştirak ediblər.
Səhnə əsərində teatrın aktyorları Kərim Həsənov, Anar Əhməd, Zərifə Ağayeva, Fərhad Fərhadzadə, Afərdə Əhmədova, Ramil Hüseynzadə, Xəyalə Xudadatova, Camal Zamanov, Qalib Abdullazadə, Behbud Əsgərov, Turan Nərimanov və Yusif Ziyadlı iştirak edirlər.
Tamaşanın premyerası dekabrın 1-də baş tutacaq.
Ayan Sədi
