Maaşımızdan 14% faiz vergi tutulacaq
Pensiya yığımları azalacaq.
Mövzu ilə bağlı iqtisadçı Əkrəm Həsənov bildirib ki, vergi məcəlləsində bu barədə müddəa həmişə olub:
"Bu barədə hələ ki, rəsmi məlumat olmasa da dövlət büdcəsinin açıqlanan parametrlərindən görünür ki, gələn ildən gəlir vergisinin yığımında artım olacaq. Təbii ki, bu vətəndaşların sosial rifahına mənfi təsir göstərəcək, xeyli vətəndaşın maaşından çıxılacaq. Bu halda vergi yükü sahibkarın üzərinə düşəcək, deməli, sahibkarın da, vəziyyəti yaxşı olmayacaq.Bəzi sahibkarlar ola bilər ki, ümumiyyətlə, biznesini bağlasın və işçilər işsiz qalsınlar. Və digər tərəfdən də, bəzi sahibkarlar isə yenə əvvəlki kimi qeyri-rəsmi əmək haqqına keçə bilər. Bu da, əlbəttə ki, yaxşı hal deyil".
Türkanə Kərimova
