Macarıstan-Ukrayna arasında yeni gərginlik
Macarıstan və Ukrayna yenidən qarşılıqlı ittihamlarla gündəmə gəlib. Seçkilərə bir neçə gün qalmış Macarıstan sərhədinə yaxın qaz kəməri ətrafında içində partlayıcı olan iki çanta tapıldığı iddia edilir.
Serbiya Prezidenti Aleksandar Vucic bildirib ki, qurğular bazar günü Serbiyanın şimalında, Rusiyadan Macarıstana qaz daşıyan kəmərin yaxınlığında aşkarlanıb.
Macarıstan rəsmiləri isə sosial şəbəkələrdə hadisə ilə bağlı Ukraynanın əlaqəsi ola biləcəyini irəli sürüblər.
CNN News
Ədilə Hüseynzadə