00:00:00
Yazar
Zəhra Həsənova
24.02.2026 21:45 67 2 dəq oxuma
İqtisadiyyat Özəl

Macarıstanın ikiqat vetosu Aİ qərarlarını bloklayıb

Macarıstanın ikiqat vetosu Aİ qərarlarını bloklayıb

Rusiyanın Ukraynaya qarşı müharibəsinin dördüncü ildönümü ərəfəsində Avropa İttifaqı faktiki olaraq iki ardıcıl Macarıstan vetosu səbəbindən iflic vəziyyətinə düşüb. Budapeşt Sovet dövründən qalma “Drujba” neft kəməri vasitəsilə Rusiya neftinin tranziti ilə bağlı enerji mübahisəsini əsas gətirərək Kiyevə ayrılması nəzərdə tutulan 90 milyard avroluq fövqəladə krediti və Moskvaya qarşı yeni sanksiyalar paketini bloklayıb.

 

Mövzu ilə bağlı iqtisadçı Elçin Rəşidov “İnformator.az”a açıqlamasında bildirib ki, Aİ-nin enerji sanksiyaları və tranzit qeyri-müəyyənliyi bazarda qiymət dalğalanmasına səbəb ola bilər:

 

“Logistika, neft, qaz, elektrik və enerji  sahələrində malların çatdırılmasında qeyri-müəyyənlik yaradır. Macarıstan Aİ-nin sanksiyalarına, sanksiyalarını, əsasən, neft tranzitinin bərpası ilə əlaqələndirir. Ukraynadan keçərək Macarıstana çatan Rusiya nefti “Drujba” kəmərləri vasitəsilə nəql olunur. Həmin “Drujba”ların  fəaliyyəti fonunda bazarda müəyyən qədər qorxu yaranacaq. Əlavə olaraq da investorların qlobal neft qiymətləri ilə bağlı risk gözləntilərini yüksəldəcək. Digər tərəfdən Rusiyanın gəlirlərinə ciddi təsir göstərəcək. Bu fonda Macarıstanın mövqeyi Avropa ölkələrindən fərqlidir. Bu da qiymət dalğalanmasının yaranmasına səbəb olur. Ukrayna üzərindən tranzit bərpa olunmasa, Macarıstan Moskvadan gələn enerji ilə bağlı veto siyasətində israrlı olsa, bəzi ölkələr üçün qiymətlərdə artım və ya regional qeyri-bərabərlik yarana bilər”.

 

İqtisadçının sözlərinə görə, sanksiyaların gecikməsi Rusiyaya qarşı nəzərdə tutulan bəzi iqtisadi məhdudiyyətləri yumuşalda bilər:

 

“Diversifikasiya təzyiqlərini də buna aid edə bilərik. Avropa İttifaqı uzun müddətdir enerji məsələsinin diversifikasiyasına xüsusi diqqət yetirir. Azərbaycan da həmin diversifikasiyanın tərkib hissəsi kimi çıxış edir. Sanksiyalar gecikərsə və ya vetolar nəticəsində yeni sanksiyalar qəbul olunmazsa, Rusiyaya qarşı nəzərdə tutulan bəzi iqtisadi məhdudiyyətlər yumşala bilər. Hətta ayrı-ayrı Aİ şirkətlərinin Rusiya bazarı ilə ticarət əlaqələrini əvvəlki səviyyədə davam etdirməsi üçün şərait yarana bilər.
Bu zaman Rusiyanın neft, qaz və digər məhsulları Avropa bazarına daxil ola bilər. Rusiya iqtisadiyyatının büdcəsinin artırar”.

 

Zəri Bayramlı

#bloklayıb #yeni #vetosu #azərbaycan
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər