00:00:00
Yazar
Səadət Əlizadə
17.11.2026 21:06 28 1 dəq oxuma
Maraqlı

Madaqaskarda nadir lemurları görmək üçün 2500 kilometrlik səyahət

Madaqaskarda nadir lemurları görmək üçün 2500 kilometrlik səyahət

Madaqaskar adasının zəngin təbiəti və nadir heyvan növləri səyahət həvəskarlarının diqqətini cəlb edir. BBC Travel-in məlumatına görə, bir cütlük dünyanın vəhşi təbiətdə yalnız bu adada yaşayan lemurlarını müşahidə etmək məqsədilə üç həftə ərzində 2500 kilometrlik avtomobil səyahətinə çıxıb.

 

 

Səyahət zamanı onlar səkkiz milli park və qoruğu ziyarət edərək müxtəlif lemur növləri ilə qarşılaşıblar. Marşrut boyunca tropik meşələrdən, qayalıqlardan və səhralıq ərazilərdən keçən cütlük nadir qızılı bambuk lemurlarını, halq quyruqlu lemurları və rəqsi xatırladan hərəkətləri ilə tanınan sifakaları müşahidə edib.

 

 

Səyahətin ən çətin mərhələlərindən biri Tsinqi-de-Bemaraha Milli Parkına gedən yol olub. Dörd gün davam edən bu marşrutda çay keçidləri, palçıqlı yollar və çətin relyeflə qarşılaşan səyyahlara yerli bələdçilər kömək ediblər.

 

 

Qeyd edək ki, Madaqaskarda 110-dan çox lemur növü qeydə alınıb. Lakin meşələrin kənd təsərrüfatı və yanacaq məqsədilə qırılması bu heyvanların təbii yaşayış mühitini daraldır və onların qorunmasını daha da vacib edir. 
 

 

BBC

Fatimə İbrahimova

#lemurları #kilometrlik #azərbaycan #görmək #xəbər
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər