00:00:00
Yazar
Admin User
05.03.2015 14:06 395 1 dəq oxuma
Sosial

“Magistr” jurnalının 3-cü sayı nəşr olunub

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən “Magistr” xüsusi buraxılışının 2015-ci il tarixli 3-cü sayı nəşr edilib.
“Magistr” jurnalının 3-cü sayı nəşr olunub

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən “Magistr” xüsusi buraxılışının 2015-ci il tarixli 3-cü sayı nəşr edilib.

Jurnalda ali təhsil müəssisələrinin magistraturalarının bütün ixtisaslaşmalarına qəbul proqramları təqdim olunub. Hər bir bakalavr bu jurnalı əldə etdikdən sonra ilk növbədə "Magistratura səviyyəsi üzrə ixtisaslaşma seçimi
 cədvəli" ilə diqqətlə tanış olmalıdır.

Bakalavrlar bu cədvəl əsasında bitirdikləri bakalavr ixtisasına uyğun olan magistratura ixtisaslaşmaları ilə tanış ola, müvafiq qəbul proqramının nömrəsini və ixtisaslaşmaların seçimi üçün tələb olunan minimal balı öyrənə bilərlər. Hər bir bakalavr qəbul imtahanının I mərhələsindəki nəticəsindən asılı olaraq onun seçmək hüququ olan ixtisaslaşmaların arasından öz istəyinə uyğun olanları seçməli və cədvəldə göstərilən müvafiq proqram əsasında imtahanın ikinci mərhələsinə hazırlaşmalıdır.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər