00:00:00
Yazar
Admin User
20.05.2024 09:08 838 1 dəq oxuma
Sosial

"Magistratura təhsili müəyyən peşə sahələrindən belə vacibdir"

"Magistratura təhsili müəyyən peşə sahələrindən belə vacibdir"

"Magistratura təhsili sizə bir sahədə daha dərin biliklər və ixtisaslaşma imkanı verir. Bu, xüsusilə akademik və tədqiqat sahələrində, eləcə də müəyyən peşə sahələrində vacibdir". Bu sözləri "İnformator.az"-a açıqlamasında AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun doktorantı Rəvan Əliyev bildirib.

 

 

R.Əliyev qeyd edir:
"Magistratura pilləsində təhsil elmi texniki tərəqqinin inkişafı ilə daha çox tələb edilən dərəcələrdən birinə çevrilmişdir. Qlobal transformasiyalar şəraitində gənclər tərəfindən daha çox praktiki əhəmiyyətə malik texnoloji, iqtisadi ixtisaslar sferasına müraciət edilir. Müasir cəmiyyətdə gənclər biznes və data analitikası, kibertəhlükəsizlik, süni intellekt sistemlərinin idarə edilməsi kimi ixtisaslara xüsusi diqqət yetirməlidirlər".

 

 

"Texnologiya daim cəmiyyətin məqsədlərinə təsir göstərib. Çap mətbəəsi ixtira ediləndə kitab çapı və mətbəə mütəxəsislərinə ehtiyac yaranıb. Müasir dövrdə isə texnoloji sistemlərin inkişaf perspektivləri insanların elmi-praktiki fəaliyyətinə də bu formada təsir etdiyi üçün gənclər yaranan kadr çatışmazlığını aradan qaldırmaq üçün texnogen cəmiyyətin tələbatlarına uymalıdır".

 

Çinarə Muradova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər