00:00:00
Yazar
Admin User
12.04.2023 13:06 261 1 dəq oxuma
Dünya

Makron çıxışı zamanı etirazla qarşılaşdı

Makron çıxışı zamanı etirazla qarşılaşdı

Fransa prezidenti Emmanuel Makron rəsmi səfəri çərçivəsində gəldiyi Hollandiyada təmaslarını davam etdirərkən, çıxışı zamanı etiraz aksiyası yaşanıb.

 

Nexus İnstitutunun Haaqadakı Amare Teatrında təşkil etdiyi tədbirin açılışında çıxış edən Makronun nitqi nümayişçilər tərəfindən kəsilib. Nümayişçilər "Fransa demokratiyası haradadır? Biz onu nə vaxt itirmişik?" "Zorakılıq və ikiüzlülük” kimi şüarlar səslənib.

 

Etirazçılar uzaqlaşdırıldıqdan sonra “ictimai müzakirənin aparılması çox vacibdir” deyən Makron çıxışına “Fransada müzakirə etdiyimiz məsələlərlə bağlı bütün suallarınızı cavablandıra bilərəm” ifadələri ilə davam edib. Makron həmçinin bildirib ki, qanunlara qarşı istədiklərini edənlər demokratiyanı riskə atırlar.

 

Fatima Mustafayeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər