Makron pensiya reformunun lazımlılığını müdafiə etdi
Fransa prezidenti Emmanuel Makron xalqa müraciətində bütün ölkəni silkələyən pensiya islahatının “lazımlı” olduğunu bildirib.
İnformator.az Türkiyə mediasına istinadən xəbər verir ki, Fransada martın 16-da hökumətin pensiya yaşının 62-dən 64-ə qaldırılmasını nəzərdə tutan qanun layihəsini səsvermə olmadan qəbulundan sonra kütləvi nümayişlər başlayıb.
Fransa prezidenti Emmanuel Makron xalqa müraciətində pensiya yaşını 62-dən 64-ə qaldıran islahatlara qarşı ümummilli etirazları dəyərləndirib.
İslahatın qəzəbə səbəb olsa da bir zərurət olduğunu ifadə edən Makron sözügedən dəyişikliklərin hər kəsin pensiyaya çıxmasını təmin etmək üçün lazım olduğunu və bütün ölkə üçün rifahı yüksəldəcəyini ifadə edib.
Xumar Bayramqızı
