00:00:00
Yazar
Admin User
28.04.2023 15:25 305 1 dəq oxuma
Dünya

Makrondan Haiti inqilabı liderinin xatirəsinə sayğı

Makrondan Haiti inqilabı liderinin xatirəsinə sayğı

Emmanuel Makron Haitinin müstəqillik simvoluna çevrilmiş keçmiş qul Tussen Luverturanın vəfat etdiyi həbsxanada ona rəsmi hörmət bəsləyən ilk Fransa lideri oldu.

 

İnformator.az xarici mediaya istinadən xəbər verir ki, Fransa prezidenti Emmanuel Makron ölkədə köləliyin ləğvinin 175-ci ildönümündə Haitinin müstəqilliyinin simvolu olan keçmiş qul Tuzan Luvertürün vəfat etdiyi həbsxanaya baş çəkib.

 

Luverturu Maarifçilik və Fransız İnqilabının əsl dəyərlərini özündə əks etdirən qəhrəman kimi xarakterizə edən Makron büstü önünə əklil qoyub.

 

Luvertürün öldüyü həbsxanada rəsmi bir anlıq anım sükutundan sonra Makron "Toussaint Luverture İnsan və Vətəndaş Hüquqları Bəyannaməsini həyata keçirməyə çalışdı. O, hamıya azadlıq, bərabərlik və qardaşlıq təklif etdi."- deyə qeyd edib.

 

Qeyd edək ki, Makronun bu çıxışı “Luvertürün həbsinə səbəb olan irqçilik və müstəmləkə zülmünü görməməzliyə gəldiyinə” görə tənqid edilib.

 

Fatima

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər