Maliyyə inklüzivliyi genişlənir
Azərbaycanda maliyyə xidməti kanallarının bütün iqtisadi rayonlarda mövcudluğunun təmin edilməsi nəzərdə tutulur. Bu, Prezident İlham Əliyevin təsdiq etdiyi "Maliyyə inklüzivliyinin genişləndirilməsinə dair 2027-2030-cu illər üçün Dövlət Proqramı"nda öz əksini tapıb.
Mövzu ilə bağlı iqtisadçı Xalid Kərimli "İnformator.az"a açıqlamasında bildirib ki, bu addım vətəndaşların maliyyə resurslarına əlçatanlığını artırmaqla yanaşı, xidmət keyfiyyətini yüksəldəcək və biznes subyektlərinin pul cəlbi prosesini əhəmiyyətli dərəcədə asanlaşdıracaq:
“Bu addım insanlara maliyyə resurslarının cəlb edilməsi, göndərilməsi, köçürülməsi və saxlanması işlərini təşkil edir. Bu da iqtisadi inkişafa müsbət təsir göstərəcək. Maliyyə iqtisadi inkişafın əsas resursudur. Maliyyə xidmətlərinin təkmilləşdirilməsi və yaxşılaşdırılması ümumi prosesə, xüsusilə də kiçik və orta sahibkarlığın inkişafına müsbət təsir göstərəcək”.
Günel Əlili