Maliyyələşdirmə qalmaqalı hakim partiyanın bazasında necə əks-səda doğurdu?
Sentyabr ayında başlayan və yüz minlərlə investora təsir edən fond böhranı, AKP-nin daxilində hökumətə yönələn tənqidlərə və xəbərdarlıqlara səbəb olub.
Bəzi mühafizəkar vətəndaş cəmiyyəti təşkilatları hökumətin mövqeyini dolayı yolla tənqid edən və məsul şəxslərin məsuliyyətə cəlb olunmasına çağıran yazılı bəyanatlar yayıblar. Böhran hökumətə yaxın jurnalistlər və yazıçılar arasında da müzakirələrə səbəb olub.
Prezident Rəcəb Tayyib Ərdoğan 21 oktyabrda Türkiyə Böyük Millət Məclisində etdiyi çıxışında "Biz bu məsələni güzəştə getmədən həll edirik" deyib və tənqidlərlə bağlı "Biz şanslıyıq ki, kürəyi kürək adlandıran bir seçiciyə sahibik",- deyib.
BBC NEWS
Səmayə Səftərova