Manikürün sağlamlığa TƏHLÜKƏLƏRİ
Davamlılığı və rahat istifadəsi səbəbindən son illərdə ən populyar kosmetik vasitələrdən birinə çevrilən gel-lakın müntəzəm tətbiqi qadınların reproduktiv sağlamlığı üçün potensial risklər yarada bilər.
“İnformator.az” mövzu ilə əlaqədar dermatoloq və istifadəçilərin fikirlərini öyrənib.
Dermatoveneroloq Xəyalə Hüseynova bildirib ki,
Salonlarda tərkibində müxtəlif kimyəvi maddələr olan qalıcı dırnaq boyaları günümüzdə çox geniş yayılıb:
“Demək olar ki, yetkinlik yaşına çatmayan qızlardan 70 yaşlı xanımlara qeder her iki neferden biri bu proseduru etdirir. Amma heç kim gələcəkdə nələrlə üzləşəcəyini düşünmür. Dırnaq düzəltdirərkən istifadə olunan gelin içərisində orqanizmə toksik təsir göstərən trimetilbenzoil-difenilfosfin-oksid maddəsi olduğu üçün olduqca zərərli sayılır. Dırnaqlar xüsusi şua verən cihazlarda qurudularkən bu konserogen maddə daha da aktivləşir ve müxtəlif dırnaq xestəliklərinə, hətta ölümcül xərçəngə səbəb ola bilir. Bundan başqa gel özü dırnağın dərin qatlarına nüfuz edərək dırnaq mayasının travmatik zədələnməsi, dırnaqlarda Ca, Zn ve s mikroelementlerin azalmasına, dırnağın keyfiyyətcə zəifləməsi ve qırılmasına səbəb olur.
Dırnaqların soyulmasını, nazikləşməsini , ağrımasını, rəng dəyişməsini “gellak” istifadə edən hər kəs gözü ilə görüb. Avropada bu prosedurlara tam qadağa qoyulsa da bizim ölkədə hələki bu məsələyə ciddi nəzarət olunmur”.
Dırnaqlarının sağlamlığına və görünüşünə önəm verən Natavan Məmmədzadə isə mənim üçün ən əsası dırnaqların sağlamlığı və rahatlığıdır:
“Buna baxmayaraq görünüş də önəmlidir. Hər gün lak yeniləmək istəmirəm. Gellak uzun müddət qaldığına görə gündəlik həyatda rahatdır. Bir dəfə etdirdikdən sonra həftələrlə bu barədə düşünmürəm. Vaxt baxımından da mənə uyğundur. Bəzən 1 saat və ya daha çox ola bilir.
Rahatlığa gəldikdə isə kimyəvi maddələr dırnaqları zədələdiyinə görə fasilələrlə etdirməyə üstünlük verirəm və daim istifadə etməməyə çalışıram. Düşünürəm ki, hər şeydə olduğu kimi burada da ölçü vacibdir. Maddi baxımdan isə çox da ucuz deyil. Lakin tez-tez manikür istifadə etməyə ehtiyac qalmadığı üçün nisbətən sərfəli hesab edirəm”.-deyə bildirib.
Digər istifadəçi Fidan Tağıyeva da fikirlərini bizimlə bölüşüb. O bildirib ki, mən bu məhsuldan istifadə edirəm:
“Məhsulun sağlamlıq üçün zərərli olduğunuda bilirəm. Mən bu məhsulu görünüş üçün seçmişəm. Bu məhsul mənim üçün maddi və vaxt baxımından sərfəli deyil, ancaq sərfəli olmasada hər şeyi sadəcə görünüş üçün edirəm”.
Səadət Əlizadə
