MAQATE dərhal İranda fəaliyyətini bərpa etməlidir
"Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) dərhal İrandakı fəaliyyətini bərpa etməlidir".
"İnformator.az" xəbər verir ki, bunu Fransa Prezidenti Emmanuel Makron X hesabında yazıb.
“Agentliyin İrandakı missiyasını mümkün qədər tez bərpa edə bilməsi vacibdir. Paris nüvə təhlükəsizliyi üçün mühüm rolu olan MAQATE-ni dəstəkləyir”, - Makron bildirib.
Qeyd edək ki, İran parlamentinin üzvləri MAQATE ilə əməkdaşlığın müvəqqəti dayandırılmasına dair qanun layihəsini təsdiqləyiblər.