Mark Ronsonun “Prince” qarşısında utandırıcı anı
1998-ci ildə Mark Ronson Nyu-Yorkun məşhur VIP barı Spy-da pultun arxasında olub. O, funk əfsanəsi Prince üçün DJ-lik edib. Hər şey qaydasında gedirdi ki, Ronson Michael Jackson-un 1979-cu ildəki disko klassikası “Don’t Stop Til You Get Enough” mahnısını qoymaq üçün “Off The Wall” albomunu çıxardıb.
Elə bu vaxt reper Q-Tip onun qolundan tutub və təlaşla deyib:
— “Yox! Bunu çalma. Prince-in yanında olmaz!”
Çünki 1980-ci illərdə Jackson ilə Prince arasında tanınmış bir rəqabət olub. Ronson tezliklə diski çıxardı, amma artıq mahnının sonuna 20 saniyə qalmışdı. Tələsik başqa mahnı seçib, lakin ritmlər uyğun gəlməyib və qarışıqlıq yaranıb.
Ronson VIP bölməsinə baxıb— Prince taxtabənzər kresloda oturub və ona kəskin nəzərlərlə baxıb.
“Bu, mənim üçün bir az utandırıcı an idi,” — deyə Ronson xatırlayıb.
Banuçiçək Məmmədova
