00:00:00
Yazar
Admin User
10.12.2025 17:21 364 2 dəq oxuma
Sosial

Marketlərdəki dovşan ətləri təhlükəsizdirmi?

Marketlərdəki dovşan ətləri təhlükəsizdirmi?

Marketlərdə dovşan ətinin satışı gündəmə gəlib. Bəzi şəxslər dovşan ətinin haram olduğunu iddia etsələr də, ilahiyyatçı Tural İrfan bunun haram deyil, məkruh olduğunu bildirib. Onun sözlərinə görə, dovşan ətinin bəyənilməməsi heyvanın anatomiyasının insana bənzər tərəfləri və növün az artımı ilə bağlı rəylərlə izah olunur. Lakin o qeyd edib ki, xüsusi ətlik dovşanların bəslənib yeyilməsi mümkündür.

 

Mövzu ilə bağlı Refresh Qrup Qida Konsulting Kampaniyasının qida mütəxəssisi Seymur Qafarov “İnformator.az”a açıqlamasında bildirib ki, bu 523 saylı “Qida Təhlükəsizliyi Haqqında” qanunun 17.2-ci maddəsinin tələblərində öz əksini tapmalıdır:

 

“Son zamanlarda marketlərin dondurucu və soyuducu vitrinlərində, daha çox dondurucu vitrinlərində yeni bir məhsul olan dovşan ətinin satışı ilə bağlı, onun təsərrüfat şəklində yetişdirilərək kəsilib və təmizlənmiş şəkildə həm müəyyən hissələrinin, daxili orqanlarının, həm də özünün müəyyən hissələrinin satışına rast gəlirik.

 

Əvvəl onu bildirim ki, bu ətlərdə də digər ətlərdə olduğu kimi “Qida Təhlükəsizliyi Haqqında” qanunvericiliyin tələbi ilə baytarlıq arayışı, baytarlıq şəhadətnaməsi olmadan satışa çıxmır və bu məhsullara dair laborator analizlərinin nəticələri yalnız uyğun və insan sağlamlığına təhlükəsiz olduqdan sonra ərsəyə gətirilə bilər və satışa verilə bilir. Ona görə də istehlakçılarımız əgər bu ətləri alacaqlarsa, mütləq baytarlıq şəhadətnaməsini əməldə tələb edə bilərlər.

 

Bundan əlavə, məhsulun üzərində istehsalçı şirkətin adı, faktiki ünvanı, yaxşı olar ki, 100 qramlıq məhsulun qida və enerji dəyəri də mütləq şəkildə olsun. Daha doğrusu, bu, 523 saylı “Qida Təhlükəsizliyi Haqqında” qanunun 17.2-ci maddəsinin tələblərində öz əksini tapmalıdır. Üzərində bu məlumatlar olduqdan sonra istehlakçı məhsulu istehsal edən şəxs və məhsul haqqında ətraflı məlumatlar əldə edə bilər.

 

Eyni zamanda məhsul donmuş şəkildə alındıqda, məişətdə dondurucudan çıxarılaraq 0 və +5°C temperatur aralığında olan soyuducunun nəzərdə tutulmuş hissəsinə yerləşdirilsin və təbii defrostasiya prosesindən sonra artıq onu götürüb marinad edə və ya digər bişirmə, hazırlama üsulları ilə istifadə edə bilər”.

 

Aydan Əsgərxanlı

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər