00:00:00
Yazar
Səadət Əlizadə
07.05.2026 18:54 18 1 dəq oxuma
Maraqlı

Mayın 14-dək meteor yağışı müşahidə olunacaq

Mayın 14-dək meteor yağışı müşahidə olunacaq

Mayın 14-dək η-Lrid meteor yağışı müşahidə olunacaq. Meteor yağışının maksimum aktivliyinin isə mayın 9-u saat 03:00 radələrində baş verəcəyi gözlənilir.

 

"İnformator.az" xəbər verir ki, bu barədə Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından bildirilib. Bu zaman Yer kosmosda kometa mənşəli toz və daş hissəciklərindən keçəcək və həmin hissəciklər böyük sürətlə Yer atmosferinə daxil olaraq parlaq meteor izləri yaradacaqlar.

 

η-Lyrid meteor yağışının radiantı Lir (Lyra) bürcündə yerləşir və meteorlar bu nöqtədən çıxırmış kimi görünür. Bu meteor yağışının mənbəyi C/1983 H1 (IRAS–Araki–Alcock) kometası ilə əlaqələndirilir. Bu kometa 1983-cü ildə infraqırmızı astronomik peyk IRAS, həmçinin müstəqil olaraq yapon astronomları Geniçi Araki və George Alkock tərəfindən aşkar edilib. Kometa uzunperiodlu kometalar sinfinə daxildir. Onun Günəş ətrafında tam bir dövrünü təxminən 970 ildən çox müddətdə tamamladığı hesab olunur. Hər dəfə Günəşə yaxınlaşdıqda kometanın səthindən qopan toz və buz hissəcikləri orbit boyunca yayılır və Yer həmin hissəciklər axınından keçdikdə η-Lyrid meteor yağışı yaranır.

 

η-Lyrid meteoroidləri Yer atmosferinə təxminən saniyədə 43 kilometr sürətlə daxil olur ki, bu da onları orta sürətli meteor axınları sırasına daxil edir. Atmosferə daxil olan hissəciklər sürtünmə nəticəsində qızaraq ionlaşır və gecə səmasında parlaq işıq izləri — meteorlar əmələ gətirir.

#14-dək #azərbaycan #meteor #mayın #xəbər
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər