00:00:00
Yazar
Admin User
27.08.2025 18:10 163 1 dəq oxuma
Mədəniyyət

MDB Kino günləri çərçivəsində "Laçının sürgündən dönən Sultanı" sənədli filmi nümayiş etdirilib

MDB Kino günləri çərçivəsində "Laçının sürgündən dönən Sultanı" sənədli filmi nümayiş etdirilib

 

Laçın şəhərində keçirilən MDB Kino günləri çərçivəsində "Laçının sürgündən dönən Sultanı" sənədli filmi nümayiş etdirilib.

 

"İnformator.az" "Report"a istinadən xəbər verir ki, Azərbaycan televiziyasının istehsalı olan sənədli film Böyük qayıdışın doğma yurd yerlərimizlə yanaşı, xalqımızın tarixi irsini də özünə qaytarmasından bəhs edir. 


Filmdə xalq qəhrəmanı Sultan bəy Sultanovun bolşeviklər tərəfindən Qazaxıstana sürgün edilmiş ailə üzvlərinin azad Laçına qayıdışı, babalarının işğalçılar tərəfindən dağıdılmış evini ziyarət etməsi, oradan götürdükləri torpağı Türkiyənin Kars şəhərinin Köçköy kəndində Sultan bəyə məxsus olduğu deyilən məzara aparması barədə təsirli səhnələr yer alıb, nadir arxiv sənədləri nümayiş etdirilib. 

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər