00:00:00
Yazar
Admin User
07.02.2015 12:09 629 1 dəq oxuma
Dünya

Mədən işçisi yalnış hesablamanın qurbanı olub

Türkiyənin Muğla şəhərinin Fəthiyə əyalətində xrom mədənində meydana gələn qəza bir nəfərin həyatına son qoyub.
Mədən işçisi yalnış hesablamanın qurbanı olub

Türkiyənin Fəthiyə əyalətində özəl bir şirkətə aid xrom mədənində işləyən Əli Daşqın adlı şəxs 02:00 radələrində 600 metr dərinlikdə işlədikləri zamanı dayağa dəyməsi nəticəsində 2 tonluq xrom kütləsinin altında qalıb. Qəzadan sonra hadisə yerinə polis və təcili yardım briqadası gəlib.

Hadisə yeri müayinə olunub, mədən Fəthiyə məhkəməsi tərəfindən möhürlənib. 

2013-cü ildən etibarən mədəndə işləyən Əli Daşqın 3 ay əvvəl təqaüdə çıxmaq üçün müraciət edib və ona daha 3 ay işləməli olduğu deyilib. İki gün əvvəl yenidən müraciət etdiyi zaman səhv hesablamanın qurbanı olduğu və təqaüdə çıxa biləcəyi müəyyən olunub. Əlinin son dəfə işə getdiyi və bazar ertəsindən etibarən təqaüdə çıxacağı deyilib. 


#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər