00:00:00
Yazar
Admin User
18.01.2026 09:04 100 3 dəq oxuma
Mədəniyyət

Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin 2025-ci il fəaliyyəti uğurlu layihə və tədbirlərlə yadda qalıb

Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin 2025-ci il fəaliyyəti uğurlu layihə və tədbirlərlə yadda qalıb

2025-ci il Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi (MEMİM) üçün məhsuldar və zəngin fəaliyyət ili olub. İl ərzində mədəniyyət sahəsinin inkişafına yönəlmiş çoxsaylı layihələr, silsilə tədbirlər, ustad dərsləri, təlimlər, seminarlar və nəşr layihələri həyata keçirilib.

 

 

MEMİM-dən "İnformator.az"a verilən məlumata görə ilin əvvəlindən start verilən bir sıra layihələr uğurla davam etdirilib, mədəniyyət və incəsənətin müxtəlif sahələrini əhatə edən proqramlar reallaşdırılıb. 

 

Üzeyir Hacıbəylinin 140 illiyinə həsr olunan layihələr

 

Məlum olduğu kimi, 2024-cü ildə dahi bəstəkar, Azərbaycan klassik musiqisinin banisi Üzeyir Hacıbəylinin anadan olmasının 140 illiyi dövlət səviyyəsində qeyd olunub. MEMİM də bu əlamətdar yubiley çərçivəsində görkəmli musiqi xadiminin irsinin təbliği məqsədilə bir sıra layihələr həyata keçirib.

 

 

“Sənət inciləri” silsilə mühazirə-konsertləri

 

Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən Üzeyir Hacıbəyli XVII Beynəlxalq Musiqi Festivalı çərçivəsində MEMİM 19-24 sentyabrda “Sənət inciləri” adlı silsilə mühazirə-konsertlər təşkil edib.

 

Layihə çərçivəsində Azərbaycan Dillər Universitetində sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Aytən Babayevanın “Üzeyir Hacıbəylinin yaradıcılığında elmi və pedaqoji fəaliyyət”, Bakı Dövlət Universitetində bəstəkar, sənətşünaslıq üzrə fəlsəfə doktoru Pikə Axundovanın “Üzeyir Hacıbəylinin Azərbaycan bəstəkarlıq məktəbinin inkişafında rolu”, Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında isə MEMİM-in şöbə müdiri Cəmilə Mirzəyevanın “Üzeyir Hacıbəyli yaradıcılığında Azərbaycan xalq musiqisinin tətbiqi” mövzularında mühazirələri təqdim olunub.

 

Mühazirələrdən sonra Beynəlxalq Muğam Mərkəzinin C.Cahangirov adına Xor kollektivi, Bakı Xoreoqrafiya Akademiyasının rəqs qrupu və ali təhsil müəssisələrinin tələbələrinin iştirakı ilə konsert proqramları nümayiş etdirilib.

 

12 ixtisas üzrə ustad dərsləri

 

 

MEMİM-in yubileyə növbəti töhfəsi 8-18 oktyabrda Bakı Şəhər Mədəniyyət Baş İdarəsi və Abşeron-Xızı Regional Mədəniyyət İdarəsinin tabeliyindəki musiqi və incəsənət məktəblərində təşkil olunan ustad dərsləri olub. Tar, kamança, saz, balaban, qanun, xanəndəlik, fortepiano, violin, klarnet, violonçel, vokal və rəqs ixtisaslarını əhatə edən dərslərdə yüzlərlə müəllim və şagird iştirak edib.

 

Dekabr ayında Mingəçevir və Yevlax şəhərlərində keçirilən ustad dərsləri də Üzeyir Hacıbəylinin 140 illiyinə həsr olunub.

 

Qarabağda “Mədəniyyət rüzgarı”

 

 

MEMİM-in təşkilatçılığı ilə 20-31 oktyabrda işğaldan azad edilmiş Qarabağ bölgəsində “Mədəniyyət rüzgarı” layihəsi həyata keçirilib. Ağdam, Ağcabədi, Bərdə, Füzuli və Xankəndini əhatə edən layihə çərçivəsində görüşlər, elmi-praktik seminarlar, ustad dərsləri və təlimlər təşkil olunub.

 

 

Qarabağ Universitetində “Azərbaycan mədəniyyətində Üzeyir Hacıbəyli fenomeni” mövzusunda elmi-praktik seminar, Ağdam və Füzuli Dövlət Dram teatrlarında “Regionlarda peşəkar teatr dərsləri”, Bərdə rayonunda isə “Rəqəmsal kitabxana xidmətləri” mövzusunda təlimlər keçirilib.

 

İncəsənətdə vətənpərvərlik mövzusu

 

 

44 günlük Vətən müharibəsində qazanılan Zəfərin 5-ci ildönümü münasibətilə noyabrın 6-da Beynəlxalq Muğam Mərkəzində “Azərbaycan incəsənətində vətənpərvərlik mövzusu” adlı elmi-praktik seminar təşkil olunub. Tədbirdə musiqi, ədəbiyyat, kino və teatr sahələrində vətənpərvərlik mövzusuna həsr edilmiş məruzələr dinlənilib.

 

Attestasiya və təhsilverənlər üçün təlimlər

 

 

Musiqi və incəsənət məktəbləri müəllimlərinin attestasiya nəticələrinə əsasən MEMİM müxtəlif ixtisaslar üzrə mərhələli təlimlər təşkil edib. Təlimlərdə 200-ə yaxın müəllim iştirak edib, eyni zamanda 100-dək metodiki sorğu cavablandırılıb.

 

Teatr layihələri və aktyorluq təşəbbüsləri

 

 

“Nəsildən nəslə teatr”, “Regionlarda peşəkar teatr dərsləri” və “Aktyorluğu öyrən” layihələri çərçivəsində bölgələrdə seminarlar, ustad dərsləri və diplom tamaşaları təşkil olunub. Layihələr teatr sənətinə marağın artırılmasına və peşəkar mühitin formalaşmasına xidmət edib.

 

Nəşr və ədəbi layihələr

 

 

2025-ci ildə MEMİM “Asəf Zeynallı. Seçilmiş əsərlər” adlı not kitabını nəşr edib. Eyni zamanda Xalq şairi Nəbi Xəzrinin 100 illiyi münasibətilə “Poeziya Xəzrisi” bədii qiraət müsabiqəsi keçirilib.

 

 

İl ərzində MEMİM-in fəaliyyəti media orqanlarında geniş işıqlandırılıb, mərkəzin əməkdaşları ölkə daxilində və xaricdə keçirilən beynəlxalq tədbirlərdə fəal iştirak ediblər.

 

 

Qeyd edək ki, Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi 2026-cı ildə də mədəniyyət sahəsində aparılan islahatlara töhfə vermək məqsədilə aktual və innovativ layihələrlə çıxış etməyi planlaşdırır.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər