Mediada qətl xəbərlərinin detallarının verilməməsi
Hər gün televiziyada, qəzetdə və sosial mediada qətl xəbərlərinə rast gəlirik. Amma əksər hallarda cinayətin dəqiq detalları, qurbanın vəziyyəti və ya hadisənin gedişatı tam açıqlanmır. Bu, təkcə jurnalistikanın etik prinsipləri ilə bağlı deyil; bəzən hüquqi səbəblər, ictimai təhlükəsizlik və ya media vasiyəsilə qəsdən seçilmiş məxfilik amilləri də rol oynayır. Məsələni dərindən araşdırmaq, həm jurnalistlərin iş prinsiplərini, həm də cəmiyyətin məlumat alma haqqını anlamağa kömək edir.
Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında jurnalist Mədinə İlham bildirib ki, ümumiyyətlə, arzu olunandır ki, cinayət xəbərləri tam təfərrüatları ilə yayılmasın:
“Çünki bu medianın təsiri ilə verter effekti yarada bilər və ya daha dəqiq desək, yaradır. Yəni jurnalist hazırladığı reportajda hadisənin harada, kim, necə kimi suallarına detallı cavab verməsi və həmçinin cinayət xəbərlərinin romantikləşdirməsi bənzər intihar hallarının kütləvi şəkildə artmasına gətirib çıxarır. Lakin biz bu gün aktual olan "Epşteyn" hadisələrini görürük ki, burada medianın bəzi detalları dərindən araşdırıb yayması ictimai maraq naminədir. Çünki bu sistemli cinayətdir. Həmçinin bu cinayəti törədənlər nüfuzlu şəxslərdir, yəni bu cəmiyyətin alması lazım gələn informasiyalardır. Bununla belə bu hadisələri işıqlandırarkən yenə də jurnalistika etikasına diqqət yetirmək vacibdir. Zərərçəkmişin adları, görüntüləri, onların başına gələn hadisələrin detallı verilməməlidir. Biz media işçiləri bütün bunlara ona görə diqqət etməliyik ki, biz məqsəd qoyduğumuz auditoriyadan daha çoxuna gedib çıxırıq və auditoriyamızda həssas quruplar: uşaqlar, travmalı şəxslər və s. nəzərə almalıyıq. Bu gün təəssüflər olsun ki, jurnalistika ya bilməyərəkdən, ya da klik xatirinə media etikası xaricinə çıxır. Əlbəttə ki, cəmiyyətin bilməyə haqqı olduğu məqamlar da var. Cinayət baş verib? təhlükə davam edir? dövlət bununla mübarizə aparır? Lakin cinayətin törədiliyi vasitə, məkan, zərərçəkmişin görüntülərinin yayılması “copycat”a gətirib çıxarır”.
Banuçiçək Məmmədova
