Meksikanın paytaxtı Mexiko şəkillərdə
Meksikanın paytaxtı Mexikonun küçələrində küçə musiqiçiləri piyadalar üçün latın musiqisi ifa edir. 
Paytaxtda yerləşən Gözəl Sənətlər Muzeyi yerli və əcnəbi turistlərin ən çox ziyarət etdiyi məkanlardan biridir.
Şəhərin mərkəzindəki göydələnlərin fotosunu çəkən turistlər. 
Mexikoda bir çox evsiz var. Onlar küçə və prospektlərdə onlara uyğun yerlərdə gecələyir.
Küçələrdəki akrobatlar müxtəlif tamaşalar göstərir.
Paytaxtda bir çox böyük meydan və göydələnlər yerləşir.
Mexikonun ən məhşur küçələrindən olan Calle Madero gecə-gündüz minlərlə ziyarətçi qəbul edir.
Küçələrdə hər addımbaşı səyyar satıcılara rast gəlmək mümkündür. 
Calle Maderoda məhşur film qəhrəmanlarının kostyumlarını geyinmiş şəxslər insanları əyləndirir.
Mexikonun bir hissəsinin gecə görüntüsü...
Mexikonun yerli sakinləri küçə və prospektlərdə uşaqları ilə birlikdə zaman keçirir.
Paytaxt küçələrində fərqli geyimdə olan şəxslərə də rast gəlmək mümkündür. 
