Melaniya məndən cəld reaksiya verib - Tramp
ABŞ Prezidenti Donald Tramp etiraf edib ki, atışmanın başladığı oteldən daha tez ayrılmalı idi.
"İnformator.az" "Modern.az"a istinadla xəbər verir ki, o, hadisədən sonra keçirdiyi brifinqdə atışma səsini eşidən kimi reaksiya vermədiyini deyib.
"Baş verənləri izləyirdim. Yəqin ki, daha da tez ayrılmalı idim", - o bildirib.
Tramp həmçinin hadisədən şoka düşdüyünü və birinci xanım Melaniya Trampın ondan daha tez reaksiya verdiyini qeyd edib:
"Düşünürəm ki, o, nə baş verdiyini dərhal anlayıb".
Qeyd edək ki, Ağ Ev Müxbirləri Assosiasiyası üzvlərinin Vaşinqtonda keçirilən şam yeməyində atışma səsləri eşidilib və Tramp, birinci xanım Melaniya Tramp, vitse-prezident Ceys Devid Vens və Ağ Evin mətbuat katibi dərhal təxliyə edilib.
Hücum edən şəxsin 31 yaşlı Koul Allen olduğu üzə çıxıb. O, tək hərəkət edib.