Məhkəmə İmran xanın həbsini qanunsuz hesab edib
Pakistanın Ali Məhkəməsi keçmiş baş nazir İmran Xanın bu həftə korrupsiya ittihamı ilə həbs edilməsini qanunsuz hesab edib.
İnformator.az xarici mediaya istinadən xəbər verir ki, məhkəmə Xanın dərhal azadlığa buraxılmasına qərar verib. Onun vəkilləri çərşənbə axşamı İslamabadda məhkəmə binasında həbsdə saxlanmasının qanunsuz olduğunu iddia etmişdi.
Onun həbs olunduğu vaxtdan bəri ölkəni bürüyən zorakı etirazlar nəticəsində ən azı 10 nəfər həlak olub, 2000 nəfər həbs edilib. Çərşənbə axşamı günü həbsi onunla hərbçilər arasında gərginliyi daha da artırıb.
Ötən ilin aprelində etimad səsverməsi ilə devrilmiş müxalifət lideri Pakistanın ali hakiminin göstərişi ilə məhkəməyə gətirilib.
Onun həbsini əks etdirən görüntülərdə hərbiləşdirilmiş qüvvələrin keçən il silahlı hücumda yaralanan cənab Xanı ələ keçirməsi və onu zirehli maşına mindirmədən əvvəl məhkəmə binasının içindən sürükləməsi göstərilir.
Aytən
