Microsoft: Uşaqların etibar edə biləcəyi, sərhədli və təhlükəsiz süni intellekt yaradırıq
Süni intellekt chat botları son dövrlər insanların rəqəmsal platformalarla münasibətini dəyişdirir və real dünya ilə rəqəmsal aləm arasındakı sərhədləri daha da yaxınlaşdırır. Bu proses fonunda uşaqların təhlükəsiz istifadəsi məsələsi də gündəmdə qalır.
Lakin Microsoft bu istiqamətdə fərqli mövqe tutur. Şirkətin süni intellekt üzrə baş direktoru Mustafa Süleyman CNN-ə açıqlamasında bildirib ki, onların məqsədi təhlükəsiz, etibarlı və insani keyfiyyətlərə malik süni intellekt yaratmaqdır.
“Biz emosional cəhətdən ağıllı, mehriban və dəstəkləyici, amma əsasən etibarlı süni intellektlər yaradırıq”,— deyə Süleyman vurğulayıb.
“Mən elə bir süni intellekt istəyirəm ki, insanlar, xüsusilə valideynlər, ona uşaqlarını etibar edə bilsinlər. Bu isə sərhədli və təhlükəsiz sistemlər deməkdir”.
Qeyd edək ki, Süleymanın bu açıqlaması süni intellektdə etik prinsiplər, uşaqların qorunması və istifadəçi etibarı ilə bağlı qlobal müzakirələrin yenidən gündəmə gəlməsinə səbəb olub.
CNN
Ədilə Hüseynzadə
