00:00:00
Yazar
Admin User
04.09.2025 14:31 200 2 dəq oxuma
İqtisadiyyat

Mikayıl Cabbarov Sultan Əhməd Əl-Cabir ilə videokonfrans formatında görüşüb

Mikayıl Cabbarov Sultan Əhməd Əl-Cabir ilə videokonfrans formatında görüşüb

 

Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri, eyni zamanda “ADNOC” şirkətinin baş icraçı direktoru Sultan Əhməd Əl-Cabir ilə videokonfrans formatında görüş keçirib.

 

Nazir Cabbarov bu barədə özünün “X” (Twitter) sosial şəbəkə hesabında paylaşım edib:

“Ölkələrimiz arasında uğurlu tərəfdaşlıq münasibətlərini vurğuladıq. Həyata keçirilən birgə layihələr, enerji sahəsində tərəfdaşlıq, qarşılıqlı investisiyalar və əməkdaşlığın inkişaf perspektivləri haqqında müzakirələr apardıq”.

 

Mövzu ilə bağlı iqtisadçı Günay Hüseynova "İnformator.az"a açıqlamasında bildirib ki,enerji hasilatı ilə bağlı icra olunacaq layihələrdə birgə iş və əməkdaşlıq ola bilər:

 

"Mikayıl Cabbarov və Sultan Əhməd arasındakı müzakirələrdə iqtisadi əməkdaşlıq və onun təfərrüatları müzakirə obyekti olmuşdur. Daha ətraflı desək və qruplaşdırsaq, enerji sektorunda əməkdaşlıq, qarşılıqlı investisiya yatırımı və birgə layihələr, həmçinin regional əməkdaşlıq çərçivəsində görüləcək işlər əsas mövzu hədəfinə çevrilib.

 

Enerji sektorunda əməkdaşlıq ilə bağlı məsələyə aydınlıq gətirsək, enerji hasilatı ilə bağlı icra olunacaq layihələrdə birgə iş və əməkdaşlıq ola bilər. Hazırda rəsmi hər hansı bir açıqlama olmadığı üçün təfərrüatları məlum deyil.

Qarşılıqlı investisiyaların müzakirəsinə qaldıqda isə Azərbaycanın həmin ölkədə texnoloji sahəyə yatırımı, həmçinin də BƏƏ-nin qeyri-neft sektoruna investisiya yatırımı əsas hədəfdir.

Mövzuya ümumi iqtisadi baxış bucağından baxsaq, BƏƏ investisiya layihələri çərçivəsində qeyri-neft sektorunun inkişafı, yeni iş yerlərinin açılması, həmçinin bu əməkdaşlıq çərçivəsində BƏƏ-nin Azərbaycan vasitəsilə Avrasiyaya çıxışı və yeni ticarət tərəfdaşlığı iqtisadi səmərə təşkil edir".

 

Eslanda Kulieva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər