00:00:00
Yazar
Ayşən Səlimova
19.03.2026 20:41 23 1 dəq oxuma
Sosial

Milli Məclis-də Əmək Məcəlləsinə dəyişiklik müzakirə olunur

Milli Məclis-də Əmək Məcəlləsinə dəyişiklik müzakirə olunur

Dəyişikliyə görə, tibbi arayışı olmayan şəxslər ağır, zərərli və ya ictimai sağlamlıq baxımından riskli sahələrdə işlədikdə, əmək müqaviləsinə xitam veriləcək. Bu, tərəflərdən asılı olmayan hallarda müqavilənin ləğvi üçün yeni əsas kimi nəzərdə tutulur.

 

 

Mövzu ilə bağlı hüquqşünas Fərhad Mehdiyev “İnformator.az”a açıqlamasında bildirib ki, bu dəyişikliyin doğru olduğunu düşünürük:

 

"Bu gün məhkəmə praktikasında belə çətin hallar olur. Sağlamlığı pozulmuş bir adam ağır işdə işləyir və bunun nəticəsində onun sağlamlığı daha da çox pozulur. Bu zaman o, əlillik dərəcəsi ilə həmin işdən ayrılmalı olur. Belə olan halda həm vətəndaşın sağlamlığına zərərdir, həm də işəgötürənə. Çünki xəstəlik əmək şəraitində əldə edilmiş olduğuna görə işverən ona böyük şəkildə kompensasiya və müavinət ödəməyə məcbur qalır. Təbii ki, burda işəgötürənlərin hüquqları da pozulur. İctimai iaşə sektorunda da hər xəstəlik nəzərə alınmamalıdır. Bura əsasən bulaşıcı və infeksion xəstəliklər nəzərdə tutulmalıdır. Yəni başqa insanlara keçə biləcək, ictimai sağlamlığa təhlükə törədə bilən mahiyyətdə bir xəstəlik olmalıdır. Və təbii ki, bu da işçinin gördüyü işdən asılı olacaq”.

 

Aydan Əsgərxanlı

#Sosial
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər