00:00:00
Yazar
Nərmin Həşimova
15.07.2026 16:45 24 1 dəq oxuma
İqtisadiyyat

“Milli Məclisin növbədənkənar iclasında geniş qanunvericilik paketi qəbul olundu”- AÇIQLAMA

“Milli Məclisin növbədənkənar iclasında geniş qanunvericilik paketi qəbul olundu”- AÇIQLAMA

İyulun 14-də Milli Məclisin növbədənkənar sessiyasının sonuncu iclası keçirilib.


Mövzu ilə bağlı Milli Məclisin deputatı Vüqar Bayramov "İnformator.az”a açıqlamasında bildirib ki, Milli Məclisdə növbədənkənar sessiyanın son iclasında müzakirə olunan və ikinci oxunuşda qəbul edilən qanun layihələri bir sıra sektorların inkişafına birbaşa müsbət təsir göstərəcək:


“Əvvəla, toxumçuluq və balıqçılıqla bağlı ayrıca qanunların qəbul edilməsi bu sektorların inkişafına dövlətin xüsusi yanaşmasının həyata keçirilməsinə imkan verəcək.Bu da, təbii ki, həmin sektorlarda çalışan fermerləri və vətəndaşlarımızı dövlətin  daha yaxından dəstəkləməsinə imkan verəcək. Toxum ehtiyatlarının artırılması, aqrar sektorda səmərəliliyin yüksəldilməsi, xərclərin optimallaşdırılması praktik olaraq qanunvericilik bazasının da təkmilləşdirilməsini tələb edir. Bu istiqamətdə qəbul edilən qanunlar birmənalı şəkildə sektorun inkişafı üçün pozitiv imkanlar yaradır. Eyni zamanda, icbari tibbi sığorta, icbari tibbi sığortanın büdcəsi ilə bağlı yeni dəyişikliklər həyata keçirildi. Bu istiqamətdə dövlət büdcəsindən ayrılan vəsaitlərdə şəffaflığın gücləndirilməsinə, səmərəliliyin artmasına imkan verəcək. Eləcə də vətəndaşlarımız üçün sığorta ödənişlərinin əlçatanlığı yüksələcək. Könüllülər, eləcə də əlillik dərəcəsi almayan, amma peşə və istehsalatda xəsarət alan vətəndaşlarımız sığortadan istifadə etmək imkanı qazanacaqlar. Bu da iqtisadiyyatın inkişafına müsbət təsir göstərəcək”.


Nurgün Qənizadə

#azərbaycan #xəbər #məclisin #qanunvericilik
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər